06:08 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


00:42 06.08.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ermənistanın seçimi yenə Paşinyan oldu

ANA SƏHİFƏ / SİYASƏT
00:58 22.06.2021

 

R.Köçəryan isə seçkilərin nəticələrini tanımır

 

Ermənistan cəmiyyəti iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərinə dərin siyasi böhran fonunda, eləcə də bir-biri ilə açıq düşmənçilik edən düşərgələrə bölünmüş vəziyyətdə getdi. Gözlənildiyi kimi, seçkilərdə əsas rəqiblər Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası və sabiq prezident Robert Köçəryanın “Ermənistan” bloku oldu.

Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) bütün 2008 seçki məntəqəsindən əldə olunmuş bülletenlərin sayılması əsasında açıqladığı hesabatda bildirilir ki, 1 milyon 281911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının 53,92 faiz (687 251 seçici), keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun isə 21,04 faiz (268 165 seçici) səs topladığı təsdiqlənib. Sabiq prezident Serj Sarkisyana bağlı “Şərəfim var” bloku 5,23 faiz (66 633 seçici), “Çiçəklənən Ermənistan” partiyası isə 3,96 faiz (50 416 seçici) seçicinin dəstəyini qazanıb. “Parlaq Ermənistan” - 1,22 faiz (15 557 seçici), Erməni Milli Konqresi - 1,54 faiz (19 647 seçici) səslə onların ardınca gəlir.

Mərkəzi Seçki Komissiyasının rəhbəri Tiqran Mukuçyan bildirib ki, Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində seçici iştirakı 49,4 faiz təşkil edib. Seçkilərdə, ümumiyyətlə, 25 siyasi təşkilat iştirak edib. Əsas mübarizə Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası ilə “Ermənistan” blokunu formalaşdırmış Robert Köçəryanın arasında gedib. Partiya blokları üçün keçid baryeri 7, partiyalar üçün 5 faiz təşkil edir.

O da qeyd edilir ki, Paşinyanın hökuməti formalaşdırması üçün 0,08 səsi çatmayıb. Lakin yekun nəticələr Paşinyana istədiyinə nail olmağa imkan verir. Nikol Paşinyan bu xüsusda bildirir: “Ermənistanın Mərkəzi Seçki Komissiyasının yaydığı ilkin məlumatlara görə, “Vətəndaş Müqaviləsi” partiyası yeni seçilən parlamentdə 105 yerdən ən azı 71-nə sahib olmaqla konstitusional çoxluğa malik olacaq”.

Seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Öz növbəsində, İstintaq Komitəsi də xeyli sayda qanun pozuntusunun aşkarlandığını bildirib. Seçkilərdə qeydə alınmış qanun pozuntuları ilə əlaqədar bir neçə cinayət işi qaldırılıb. Lakin bütün bunlar seçkilərin nəticələrinə təsir etmək imkanında deyil. Ölkə müxalifəti seçkilərin nəticələri ilə razılaşmadığını bildirib.

Bununla belə, “Ermənistan” blokunun bəyanatında qeyd olunur ki, indiyədək Ermənistan tarixində seçki prosesində heç vaxt belə həcmdə pozuntu qeydə alınmayıb. Bəyanatda həmçinin vurğulanır ki, Ermənistan Mərkəzi Seçki Komissiyası sükut gününün qaydasını pozduğu üçün Nikol Paşinyana xəbərdarlıq edib. Bildirilir ki, hələ seçkilərdən əvvəl “Ermənistan” blokunun liderlərinə ünvanlanan təhqiramiz və nifrət dolu materiallar yayılıb.

Əldə olunan məlumata görə, bu biabırçı proses hökumətin icazəsi ilə Sorosçu təşkilatlar tərəfindən təşkil edilib. Eyni zamanda “Ermənistan” blokunun regional qərargahının üzvləri yalan məlumatlar əsasında nəzarət altına alınıblar. O da  diqqətə çatdırılıb ki, belə çirkin oyunların Sorosçu təşkilatlar tərəfindən təşkil edilməsinə dair bütün əsaslar var. Blok bəyan edib ki, seçkiləri izləyən beynəlxalq müşahidə missiyalarının diqqətini qanun pozuntularına çəkməyə davam edəcəklər.

“Ermənistan” blokunun bəyanatında daha sonra deyilir: “Bütün problemli məsələlər aydınlaşdırılmayınca və şübhələrə son qoyulmayınca seçkilərin nəticələrini qəbul etməyəcəyik”.

Blokdan bildirilib ki, növbədənkənar parlament seçkilərinin dərc edilmiş nəticələri olduqca ziddir və etimada səbəb olmur: “Onlar ictimai həyatın müxtəlif təzahürləri, sorğuların nəticələri, həmçinin beynəlxalq sorğular, eləcə də sağlam düşüncə ilə kəskin ziddiyyət təşkil edir”.

Müxalifət qüvvələrinin təşviqat kampaniyasının gedişində keçirilmiş izdihamlı mitinqləri və hakimiyyət orqanları tərəfindən təşkil olunan kiçik tədbirlər zamanı etimad böhranı tamamilə fərqli ictimai hisslərin mövcudluğunu göstərib: “Etimadsızlığın ən ciddi əsası seçki günü müxtəlif seçki məntəqələrindən gələn yüzlərlə siqnaldır ki, bu da seçki nəticələrinin sistemli, əvvəlcədən planlaşdırılan saxtalaşdırılmasına şahidlik edir. “Ermənistan” bloku iddia edilən pozuntularla bağlı dərhal dərin və əsaslı bir araşdırma aparmaq vəzifəsini qaldırır”.

Paşinyan isə qeyd edir ki, seçkilərdə nəticələrə təsir edə biləcək ciddi pozuntular qeydə alınmayıb. Onu da əlavə edir ki, bundan sonra Avrasiya İttifaqı və KTMT ilə əlaqələri yaxşılaşdırmaq, inkişaf etdirmək niyyətindədir. O, Ermənistanın bundan sonra da KTMT və Avrasiya İttifaqı istiqamətində irəliləyəcəyini bildirib.

İndi isə hesab edilir ki, Robert Köçəryan bir müddət seçkilərin nəticələrini tanımayacaq. Amma Paşinyana təzyiq üçün parlamentdə təmsil olunacaq. Bu fonda Paşinyan, bəyan etdiyi kimi, bütün əleyhdarlarına qarşı total hücumlar həyata keçirəcək.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM