06:59 29 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
01:04 29.07.2021

Möhtəşəm ittifaq


00:52 29.07.2021

“Adını mən verdim...”


00:49 29.07.2021

Fitnəkarlıq çox çəkməz


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ermənistanın sabiq prezidenti: Bizim Azərbaycan və Türkiyə ilə razılaşmalara getmək yolumuzun alternativi yoxdur
 
ANA SƏHİFƏ / SİYASƏT
13:05 17.06.2021

Ermənistanın birinci prezidenti, Milli Konqres partiyasından baş naziri postuna namizəd Levon ter- Petrosyan hesab edir ki, Qarabağ məsələsinin həllində artıq nə Ermənistanlıq, nə də ermənilərlik bir iş qalmayıb.

AZƏRTAC xəbər verir ki, o, Ermənistan İctimai Televiziyası ilə seçkiqabağı təbliğat kampaniyası çərçivəsindəki çıxışında Ermənistan-Azərbaycan münaqişəsində mövcud vəziyyətini şərh edərkən belə deyib.

“Hazırda Azərbaycanla müharibənin yenidən başlanılması ehtimalı yoxdur”,- deyən Levon ter-Petrosyan 44 günlük müharibənin reallığa çevrilən nəticələrinə eyham vuraraq mövcud situasiyanın şərtlərinə adaptasiyanı Ermənistan üçün yeganə məqbul yol hesab edir: “Sülh bərqərar olub, Rusiya hərbçiləri həmin sülh üçün təminatdır və bu təminat Ermənistanla Azərbaycan arasında müharibənin bərpasını mümkünsüz edir. Ola bilər, mənimlə razılaşmayasınız, lakin zaman keçdikcə bizim Azərbaycan və Türkiyə ilə, tədricən də olsa, ardıcıl razılaşmalara getmək yolumuzun alternativi yoxdur. Qonşular əbədilik düşmən ola bilməzlər”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində imzalanmış Şuşa Bəyannaməsini nəzərdə tutaraq, Türkiyənin Cənubi Qafqaza “qonaq kimi gəlmədiyini” bildirən sabiq prezidentin birmənalı qənaətinə görə, qonşularla əbədi düşmənçilik strategiyası Ermənistanın gələcək mövcudluğunu şübhə altına ala bilər. O hesab edir ki, Ermənistana sülh, xoş qonşuluq münasibətləri və situasiyanı tənzimləmək üçün iradə indi həmişəkindən daha çox gərəkdir.

“Qarabağ münaqişəsinin həllində” artıq Ermənistanlıq heç nəyin qalmadığını, məsələnin ən yaxşı halda, Rusiya və BMT-nin iştirakı ilə həllinə ümid etdiyini bildirən Levon ter-Petrosyan fikrini bu cür yekunlaşdırıb: “İnanmaq və gözləmək lazım deyil ki, hansısa erməni “Mən Qarabağ münaqişəsini həll edərəm”, - desin. Beləsi yoxdur, mövcud deyil. Bu, illüziyadır”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM