Ermənistan XİN-in Azərbaycanı tarix və ərazi iddialarında ittiham edən açıqlaması növbəti cəfəngiyatdır
Ermənistan XİN-in Azərbaycanı tarix və ərazi iddialarında ittiham edən açıqlaması növbəti cəfəngiyatdır.
AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
“Tarixi özünün “güclü” tərəfi hesab edən Ermənistanın tarixlə bağlı şərhləri artıq zarafat mənbəyinə çevrilib. Bu ölkə isə hələ də “tarixi” xülyalardan çıxış edərək qonşu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış edir. Bölgənin ən kiçik və zəif ölkəsi üçün bu, heç də müdrik siyasət deyil.
Ermənistan tərəfinə xatırladırıq ki, Azərbaycanın Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərində hələ də minlərlə erməni yaşayır. Əgər Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüz siyasəti olmasaydı, bu rəqəm çox yüksək olardı. Qənimətlər Parkı ilə bağlı iddialara gəldikdə, Bakı şəhərindəki Qənimətlər Parkı hüquq və ədalətin təcavüzkar üzərində qələbəsinin rəmzidir. Parkda nümayiş olunan, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qurduğu istehkamlar, bu ölkənin onilliklərdir ki, münaqişənin həlli üzrə danışıqlarda riyakarlıq nümayiş etdirdiyinin sübutudur. Parkı “revanşizm abidəsi” adlandıran Ermənistan XİN-i unudur ki, Azərbaycandan fərqli olaraq Ermənistanda çoxsaylı terrorçu və müharibə cinayətkarlarına abidələr ucaldılıb. Maraqlıdır ki, niyə bu abidələr deyil, məhz Holokost və Mahatma Qandinin Ermənistandakı abidələri vandallığa məruz qalıb?!
Yekunda vurğulamaq istərdik ki, bölgədə sülh və təhlükəsizliyi təmin etmək, iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün tarixdə saysız-hesabsız “kəşflərin” müəllifi olan Ermənistanın yeni “icadına”ehtiyac yoxdur, bunun yeganə yolu beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməkdir", - deyə L.Abdullayeva söyləyib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gözəlliyi rənglərə köçürən rəssam
25 Aprel
Şuşa xanəndəlik məktəbinin nümayəndələrindən biri - Seyid Şuşinski
25 Aprel
Mədəniyyət beşiyi
25 Aprel
COP29 Azərbaycan üçün böyük fürsətdir
25 Aprel
COP29 ərəfəsində "yaşıl külək"
25 Aprel
"Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"
25 Aprel
Azərbaycan-Çin əlaqələri dostluğa və qarşılıqlı maraqlara söykənir
25 Aprel
Sahibkarlar iqtisadi inkişafın aparıcı qüvvəsidir
25 Aprel
"Delimitasiya Hayastanın xilası olacaq"
25 Aprel
Sahibkarlığın bugünkü inkişafı düşünülmüş dövlət siyasətinin nəticəsidir
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!