07 Sentyabr 2011 12:09
350
SİYASƏT
A- A+

Ermənistan regionda davamlı sülhün və sabitliyin bərqərar edilməsinə mane olur

 

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov sentyabrın 6-da Serbiyanın paytaxtı Belqradda keçirilən Qoşulmama Hərəkatının 50 illik yubiley tədbirində çıxış etmişdir.

Nazir bildirmişdir ki, 50 il bundan əvvəl olduğu kimi, Qoşulmama Hərəkatı bu gün də əhəmiyyətlidir. Nazir demişdir: "Soyuq müharibənin bitməsi qoşulmama xətti tutan ölkələrin siyasi əlaqələndirilməsi üçün mexanizm olan Qoşulmama Hərəkatının rolunu zəiflətməmişdir. Bu yaxınlarda Qoşulmama Hərəkatına tamhüquqlu üzv olan Azərbaycan Respublikası onun prinsiplərinə və məqsədlərinə bağlılığını bəyan etmişdir".

"Qoşulmama Hərəkatının daha yaxşı və dinc dünyanın yaradılması uğrunda 1955-ci ildə qəbul etdiyi "On Bandunq Prinsipi" bütün ölkələri suverenliyə və sərhədlərin toxunulmazlığına hörmət etməyə, eyni zamanda, hər hansı bir ölkənin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zorakılıqdan və təhlükə törətməkdən çəkinməyə səsləyir. Təəssüflə qeyd olunmalıdır ki, Azərbaycan hələ də qonşu Ermənistanın təcavüzündən əziyyət çəkir və ərazilərimizin 20 faizi hələ də işğal altındadır. Təqribən bir milyon qaçqın və məcburi köçkün öz doğma torpaqlarından etnik təmizlənməyə məruz qalmışdır. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsinin olmasına baxmayaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmaqdan imtina edir və bununla da, regionda davamlı sülh və sabitliyin bərqərar olmasına mane olur", - deyə E.Məmmədyarov vurğulamışdır.

Ölkəmiz Qoşulmama Hərəkatının bir çox üzvlərinin respublikamızın suverenliyi və ərazi bütövlüyü ilə bağlı tutduqları prinsipial mövqeyi yüksək qiymətləndirdiyini bildirən azərbaycanlı nazir demişdir ki, Azərbaycan torpaqların işğalına son qoyulması istiqamətində göstərdiyi səylər və tutduğu mövqe ilə bağlı sizin ortaya qoyduğunuz həmrəyliyin davamlı olacağına ümid edir.

E.Məmmədyarov bildirmişdir ki, Azərbaycan Qoşulmama Hərəkatının Fələstin ilə bağlı tutduğu mövqeyə bağlılığını bir daha vurğulayır, Fələstin xalqı və rəhbərliyi ilə davamlı həmrəy olduğunu bir daha təkrar edir: "Biz inanırıq ki, uzun müddət davam edən bu məsələdə nailiyyətin əldə olunması vaxtı yetişmişdir".

Nazir Azərbaycanın BMT sistemi daxilində razılaşdırılmış inkişaf məqsədlərinin və vəzifələrinin həyata keçirilməsinə töhfəsini vermək niyyətində olduğunu qeyd etmişdir: "Azərbaycan davamlı inkişaf və qlobal çiçəklənməyə, yoxsulluğun aradan qaldırılmasına və davamlı iqtisadi inkişafa tam dəstək göstərir və cəhdlər edir, xüsusən də, inkişaf etməkdə olan və az inkişaf etmiş, həmçinin təbii fəlakətlərdən sonra dirçələn ölkələrin ehtiyac və zəifliklərinin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Son illər ərzində Azərbaycan ehtiyacı olan bir neçə ölkəyə hərtərəfli texniki və humanitar yardımlar göstərmiş və onların milli inkişaf siyasətlərinin və strategiyalarının həyata keçirilməsinə kömək etmişdir. Beynəlxalq sülhün, təhlükəsizliyin, sabitliyin və inkişafın qorunub saxlanmasına daha da kömək göstərmək arzusunda olan Azərbaycan 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq üçün öz namizədliyini irəli sürmüşdür. Seçkilər 2011-ci il oktyabrın 13-də BMT Baş Məclisinin 66-cı sessiyası zamanı keçiriləcəkdir".

E.Məmmədyarov vurğulamışdır ki, 2012-ci ildə Azərbaycanın BMT-yə üzvlüyünün 20-ci ildönümü qeyd ediləcək, buna baxmayaraq, digər Şərqi Avropa ölkələrinin namizədlərindən fərqli olaraq, Azərbaycan heç vaxt BMT-nin Təhlükəsizlik Şurasının üzvü olmaq imkanını əldə etməmişdir. Bizim regional qrupdan olan namizədlər arasında Azərbaycan Qoşulmama Hərəkatına tam üzv olan yeganə ölkədir. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına seçilməsi kiçik inkişaf etməkdə olan ölkələrin aşağı səviyyəli təmsilçiliyinə yeni görünüş verəcək və quruma daha çox balanslaşdırılmış üzvlük anlayışını gətirəcəkdir. Sizi əmin edirəm ki, Qoşulmama Hərəkatı Azərbaycanın BMT-nin nüfuzlu alt-qurumu olan Təhlükəsizlik Şurasına üzvlüyü sayəsində daha güclü təmsilçilikdən faydalanacaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video