08:33 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ermənistan faşizmə və “müharibə partiyası”na “yox” dedi

ANA SƏHİFƏ / SİYASƏT
01:20 22.06.2021

 

Erməni xalqı iki şər qüvvə arasından nisbətən zərərsizini seçdi

 

Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatdı. 21 partiya və 4 blokun iştirak etdiyi seçki prosesi bir sıra kobud qanun pozuntuları, hətta silahlı insidentlə müşayiət olundu. Bəzi dairələr bunu ölkə tarixinin ən rüsvayçı seçkiləri adlandırdılar.

Ermənistan MSK-nın yaydığı məlumata əsasən, N.Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası 53,92 faiz səs qazanmaqla qalib gəlib. Ancaq növbədənkənar seçki nəticəsində parlamentdə “Ermənistan” bloku da təmsil olunacaq.

Adıçəkilən blok səslərin 21,04 faizini toplaya bilib. Bunlardan başqa, 5,23 faiz səs qazanmış, lakin bloklar üçün nəzərdə tutulan 7 faizlik həddi aşmayan Artur Vanetsyanın başçılıq etdiyi blok da mandat alacaq. Ermənistan qanunlarına əsasən, səsvermə nəticəsində yalnız iki siyasi qüvvə parlamentdə təmsil olunmaq üçün kifayət qədər səs qazanarsa, üçüncü, daha çox səs qazanmış siyasi qüvvəyə də parlamentdə təmsil olunmaq haqqı verilir.

Əvvəlcədən bəlli olduğu kimi, seçkilərdə əsas rəqiblər baş nazir vəzifəsini icra edən N. Paşinyanla, Xocalı qətliamının iştirakçısı, günahsız soydaşlarımıza qarşı amansız terrorun təşkilatçılarından biri olan Robert Koçaryan hesab olunurdu. Yəni erməni xalqı iki şər arasında seçim etməli idi. İllərdir səfalət içərisində yaşayan xalq məcburiyyət qarşısında qalaraq seçimini etdi və iki pisin arasından nisbətən zərərsizinə səs verdi.

R.Köçəryanın yürütdüyü siyasətin qurbanına çevrilən erməni xalqı onu yaxşı tanıyırdı. Qarabağı işğal etməklə Ermənistanı ağır məhrumiyyətlərə düçar edən Köçəryanın seçkidə qalib gəlməyəcəyi əvvəlcədən gözlənilirdi. Erməni xalqı terrora dövlət səviyyəsində dəstək verən, iyrənc siyasət yürüdərək ölkəsini xaosa sürükləyən şəxsə etimad göstərə bilməzdi. Ən əsası ona görə ki, məhz Köçəryanın dövründə Ermənistan acınacaqlı vəziyyətə düşmüşdü. Onun prezident olduğu illərdən Ermənistanda rüşvətxorluq, korrupsiya, qanunsuzluq halları və banditizm çiçəklənib. Bölgədə reallaşan bütün transmilli layihələrdən kənarda qalan ölkəni tərk edənlərin sayı hər il artıb. Hətta Robert Köçəryanın vaxtında Ermənistan vətəndaşları ailəlikcə hakimiyyətin zülmündən qaçaraq Naxçıvana keçmişdilər.

N.Paşinyan isə hakimiyyətə gələndə əvvəlcə yeni baxış, yeni mövqe nümayiş etdirəcəyini söyləsə də, sonradan havadarlarına arxalanıb “qırmızı xətt”i keçdi. Beynəlxalq toplantılar çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüşlərdə başqa fikirlər söyləsə də, Ermənistanda fərqli sözlər deyirdi. Sonda isə “Qarabağ Ermənistanındır” kimi sərsəm fikrini söyləməklə işğal edilmiş Azərbaycan torpaqlarının sülh yolu ilə geri qaytarılmasının qeyri-mümkünlüyünü iddia etdi. Bununla da Paşinyan  əsl erməni xislətini ortaya qoydu və “yenilikçi” olması fikrinin üstündən xətt çəkdi. 

Yəni bu şəxs İkinci Qarabağ müharibəsinin başlanmasına rəvac verən hərəkətlər, jestlər və sonda təxribatlar etməklə xalqını qırğına verdi. “Güclü” ordusuna güvənib Azərbaycanla savaşa başladı və nəticədə İlham Əliyevin qarşısında diz çökmək məcburiyyətində qaldı. Kapitulyasiya sənədinə qol çəkərək işğal edilmiş bir neçə rayonumuzu bir güllə atılmadan Azərbaycana qaytardı. Ölkəsində rəzil vəziyyətə düşdü.

İndi son seçkilərdə səslərin çox hissəsini qazanmasının səbəbləri də bəllidir. N.Paşinyan həm parlamentdəki çıxışlarında, həm də vətəndaşlarla görüşlərində vurğulayırdı ki, artıq reallıqları qəbul etmək lazımdır. Regionda kommunikasiyaların blokadadan çıxarılması həm Ermənistan, həm də Azərbaycan üçün faydalıdır. Yolların açılması Azərbaycan üçün faydalıdır, çünki onun Naxçıvanla əlaqəsi olmalıdır, Ermənistan üçün də faydalıdır, çünki Rusiya və İranla etibarlı dəmir yolu əlaqəsinə ehtiyac var. Bu, Ermənistan iqtisadiyyatını əhəmiyyətli dərəcədə dəyişə bilər. Paşinyana görə, bölgədəki ən böyük problem Ermənistanın düşmən kimi qəbul edilməsi və bu ölkənin də digərlərini düşmən hesab etməsidir.

Bu fikirlər müharibədəki məğlubiyyətdən sonra erməni cəmiyyətinin N.Paşinyana qarşı olan hirsini bir qədər soyutdu. Çünki illərdir acınacaqlı durumda yaşayan sadə ermənilər yaxşı anlayırlar ki, bu durumdan qurtuluşun yeganə yolu Azərbaycanla münasibətlərin normallaşmasıdır. Belə olan halda Ermənistan hansısa layihələrə qoşula bilər və iqtisadiyyatında dirçəlmə yaranar. Yəni Azərbaycanın irəli sürdiyi şərtlərin qəbul edilməsi Ermənistanın qurtuluşu ola bilər.  Məhz buna görə də erməni xalqı iki şər qüvvənin arasından N.Paşinyanı seçdi. Ancaq o da bəllidir ki, N.Paşinyan Azərbaycanın irəli sürdüyü şərtlərə əməl etməsə, Ermənistanın durumu getdikcə daha da ağırlaşacaq, bu ölkə səfalət içində boğulacaq. 

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM