27 Noyabr 2021 01:34
505
İQTİSADİYYAT
A- A+

Ermənilərin məhv etdikləri meşələrimiz də qısa zamanda bərpa olunacaq

 

Ölkə ekoloqları işğaldan azad olunmuş ərazilərin yaşıl örtüyünün bərpası, eləcə də regionun “yaşıl enerji” potensialı məsələlərini müzakirə ediblər.

Bu barədə yayılan məlumatda bildirilir ki, “2022-2026-cı illərdə Azərbaycanın meşə fondunun bərpası proqramı” hazırlanıb. Proqramda işğaldan azad edilmiş ərazilərdə və Qarabağın digər yerlərində meşələrin bərpa olunması tədbirləri nəzərdə tutulur. Artıq bu işlər çərçivəsində Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə birlikdə Cəbrayıl şəhərinin ətrafında 20 hektar ərazidə “Dostluq meşəsi” salınmağa başlanıb. Burada örtülü şəraitdə fidanlar yetişdiriləcək. Ərazidə həmçinin Tədris Mərkəzi yaradılması istiqamətində işlər aparılır.

Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa işlərinin layihələndirilməsi və planlaşdırılması üçün topoqrafik xəritə hazırlanır, bərpa işlərində istifadə oluna biləcək yerli tikinti materiallarının ehtiyatı hesablanır.

“Yaşıl enerji” konsepsiyası çərçivəsində  bərpa edilən enerji mənbələrinin maksimum potensialının hesablanması üçün ssenari isə artıq hazırdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video