03 Sentyabr 2021 17:04
631
CƏMİYYƏT
A- A+

Ermənilər Kəlbəcərin səfalı məkanlarını, azərbaycanlıların evlərini qazanc məqsədilə kirayə verirmişlər

 

Sentyabrın 2-də Kəlbəcər sakinlərinin bir qrupu rayonlarının azad olunmasından sonra ilk dəfə doğma yurdlarına səfər ediblər. Kəlbəcərlilər burada gördüklərindən dəhşətə gəliblər: tarixi-mədəniyyət abidələri dağıdılıb, evlərin, məktəblərin daşları sökülərək daşınıb, salamat qalan yaşayış yerlərinə od vurulub, qəbir daşları sökülüb, bəzi məzarlar qazılaraq meyitlərin qızıl dişləri götürülüb...

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Günəşli kəndinin sakinləri doğma yurdlarına baş çəkərkən, səfalı yaylaqların, eləcə də salamat qalan evlərinin işğal dövründə mənfur düşmən tərəfindən kirayə verildiyini elan edən lövhələrlə də qarşılaşıblar. Belə məlum olur ki, ermənilər nəinki Kəlbəcərin yeraltı və yerüstü sərvətlərini istismar edirmişlər, həm də turizm məkanı kimi bu yerləri kirayə verərək pul qazanırmışlar.

Günəşli sakini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənan Hüseynov evlərinin həyətini bulaqlardan və meyvə ağaclarından tanıdığını deyir: “Mən burada anadan olub, böyümüşəm. Atam Eldar, babam Abbas, onun babası Hüseyn, onun babası Nəcəfqulu, ulubabam Xeyirbəy bu kənddə anadan olublar. Görün bizim kəndin neçə yüz illik keçmişi var. Mənfur ermənilər necə iddia edə bilər ki, bu torpaqlar onlarındır..? Kəndimizdə iki bulaq vardı. Gələndə gördüm ki, bulağın birinin üzərinə “arenda”, yəni “kirayə” yazılıb. Yanında da ev var idi. Düşmən 28 il ərzində bulaqlarımızı, yaylaqlarımızı, evlərimizi kirayə verib, qazanc əldə edirmiş. Buranın onlara məxsus olmadığını onlar rayondan çıxarkən evlərə od vurub yandırmaqla bir daha təsdiqlədilər. İnsan öz evinə necə od vura bilər axı? Bu, düşmən xislətini açıq-aydın göstərir.”

Kənd sakinlərinin sözlərinə görə, düşmənin törətdiyi vandalizm nəticəsində Günəşli kəndində olan qədim Alban kilsəsi, məktəb binası, evlər, abidələr, günbəzlər və s. dağıdılıb. Həmçinin burada Dəyirman yeri, Şırşır, Quzey, Buzluqdaşı, Taplar, Quşyuvası meşəsi, Kolxoz meşəsi, Xırman yeri, Əzgilli tala, Alxaslı yurdu, Kolavat talası, Qaragöl, Qiblədaşı, Ocaqtəpə, Tozluq meşəsi və s. kimi tanınmış yerlər vardı.

Günəşli kəndinə səfər edən digər sakin Mətləb Əzizov da gördüklərindən kövrəlmişdi. Amma o, bu yerlərin tezliklə bərpa olunacağı, öz evlərində toy-büsat quracaqları günlərin elə də uzaqda olmadığını deyir: “Kəlbəcər qansız-qadasız alındı. Prezidentimizin uğurlu və qətiyyətli siyasəti nəticəsində öz yurdumuzdayıq. Rayonumuz çox dəyişib, elə bil ki, burada vəhşi qəbilələr yaşayıb. Amma inanıram ki, biz buraları əvvəlkindən də yaxşı quracağıq”.

Kəlbəcərlilər gördükləri mənzərədən dəhşətə gəlsələr də, gələcəyə inanırlar. Doğma yurdlarında başlayan sürətli bərpa-tikinti işləri, yol infrastrukturunun qurulması, Murov tunelinin tikintisinə başlanması onları sevindirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video