05:55 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


00:15 18.09.2021

Dünya sual qarşısında


00:13 18.09.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Erməni silahlılarının Şərqi Anadoluda törətdiyi qətliamlar Avropada anladılacaq
ANA SƏHİFƏ / SİYASƏT
23:30 04.08.2021

 

Avstriyada fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyət və İş Adamları Dərnəyi (AZER-DER) ötən əsrin əvvəllərində Şərqi Anadoluda erməni silahlıları tərəfindən qətliamlarla əlaqədar sənədli film hazırlayacaq.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə dərnəyin rəhbəri Yardım Güneş Türkiyənin Iğdır və digər bölgələrində araşdırmalar aparıldığını bildirib. Qeyd edilib ki, erməni terror qruplaşmalarının həmin ərazilərdə törətdiyi qırğınları dünya ictimaiyyətinə çatdırmaq üçün fəaliyyətlər davam edir. Bu məqsədlə qırğınların izi ilə hərəkət edən çəkiliş qrupu filmdə qətlə yetirilənlərin ailə üzvlərinin xatirələrinə geniş yer verəcəklər.

Bildirilib ki, xüsusilə Avropa ictimaiyyətində erməni diasporunun və onların havadarlarının uydurmaları əsasında yanlış təsəvvürlər formalaşıb. Hər il aprel ayının 24-ü ərəfəsində səs-küy salan erməni diasporu bir sıra ölkələrin bu mövzuda siyasi dəstəyini də təmin edib və əsl həqiqətin nədən ibarət olmasını nümayiş etdirmək üçün bu kimi sənədli filmlərə böyük ehtiyac vardır.

Y.Günəş həmçinin qeyd edib ki, sənədli film üslubunda hazırlanan televiziya verilişi Avropada telekanallarda nümayiş etdiriləcək və eyni zamanda, saxta erməni iddialarına qarşı seminar və konfranslar təşkil ediləcək.

Iğdırın Hakmetmet kəndinin sakini Mikail Ud isə qeyd edib ki, erməni dəstələri onun kəndinin tam bir nəslini yer üzündən silib. O, Birinci dünya müharibəsi illərində baş verən hadisələr barədə əsl həqiqətin Avropa ictimaiyyətinə çatdırılmasının önəmli olduğunu bildirib: “Hər il kəndimizdəki toplu məzarın olduğu xatirə kompleksində anım tədbirləri keçirilir. Lakin təəssüflə bildirmək istəyirəm ki, erməni dəstələrinin keçmişdə burada törətdiyi qətliamlar ölkəmizin və dünyanın gündəmində yer almır”.

Bildirilib ki, həmin qanlı hadisələr barədə dünya ictimaiyyətinin dolğun şəkildə məlumatlanması vacibdir və bu kimi sənədli film üslubunda çəkilişləri gələcəkdə də davam etdirmək arzu olunur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM