08 Sentyabr 2011 07:09
486
SİYASƏT
A- A+

Erməni nazirin çıxışları onun beynəlxalq təşkilatların fəaliyyəti barədə anlayışını şübhə altına alır

 

Biz ancaq təəssüflə qeyd edə bilərik ki, xarici işlər naziri adlanan bu şəxs Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyünə aid olmayan məsələlərə toxunur.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü ilə bağlı açıqlamanı şərh edərkən bildirmişdir.

 "Erməni nazirin ziddiyyətli, məntiqsiz və əsassız çıxışları onun beynəlxalq təşkilatların fəaliyyəti barədə anlayışını şübhə altına alır. Təəssüf ki, erməni nazir qərəzlilik və paxıllıqdan başqa bir şey nümayiş etdirmir. İndiyədək biz Ermənistan tərəfinin konstruktiv mövqeyi ilə qarşılaşmamışıq. Bu cür bəyanatlar xarici işlər nazirinin səviyyəsinə uyğun deyildir" - deyə XİN mətbuat katibi bildirmişdir.

O qeyd etmişdir ki, güc tətbiqindən danışan erməni nazir özü Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan və bu torpaqlarda etnik təmizləmə aparan bir ölkəni təmsil edir. Bu gün əgər Azərbaycan torpaqlarında işğalçı qüvvələr varsa, biz öz müdafiə qabiliyyətimizi  yaxşılaşdırmaq barədə düşünməliyik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video