29 Avqust 2021 00:12
1012
Səhiyyə
A- A+

Əriməyən dondurmanın min bir faydası

 

Dünyanın ən ləzzətli dondurmalarından biri olaraq göstərilən və keçi südündən hazırlanan Türkiyəyə məxsus Qəhrəmanmaraş (Maraş) dondurması yalnız dadı və bənzərsiz sıx quruluşu ilə deyil, həm də qidalandırıcı olması ilə diqqət çəkir. Bu dondurmanın sağlam yağlar əldə etmək və gündəlik protein qəbulunu artırmaq üçün yaxşı seçim olduğu bildirilir.

Heç əriməyərək fiziki qanunlara qarşı çıxan və saqqız kimi uzanan Maraş dondurması kalsium, fosfor, kalium, maqnezium,

A və B vitaminləri ilə zəngindir. Zülal baxımından da zəngin olan dondurma bədənin ehtiyac duyduğu vitamin və mineralları təmin edərək əzələlərin nizamlı olaraq büzülməsinə və toxuma itkisinin qarşısının alınmasına kömək edir. Güclü antioksidant olan Maraş dondurması orqan və sinirlərin işini də tənzimləyir. Bədənin immunitet sistemini gücləndirir və yaddaş, konsentrasiya və toxumaların bərpası kimi bir çox vacib funksiyanı yerinə yetirir.

100 qram Maraş dondurmasının kalori miqdarı 175 kilokaloridır. Aşağı kalorili olduğuna görə qlükoza ehtiva etmədiyi və keçi südü ilə hazırlandığı üçün yeməkdən sonra şişkinlik hissi yaratmır. Buna görə də pəhriz saxlayarkən təhlükəsiz şəkildə istehlak edilə bilər. Əlbəttə ki, pəhriz saxlayanlara kalorilərinin çoxu karbohidratlardan gəldiyindən porsiya nəzarətinə diqqət yetirilməsi tövsiyə olunur. 

 

Yasəmən MUSAYEVA,

Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video