02:43 28 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 28.11.2021 Acı olsa da, xeyirlidir
00:18 28.11.2021 Gəzən soğanlar
00:15 28.11.2021

Ən çox soğan yeyənlər


00:14 28.11.2021 Təbii müalicə
00:12 28.11.2021 Qırmızının gücü
00:12 28.11.2021 Hər dərdə dəva
00:11 28.11.2021 Şəkərin düşməni
Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ərəb ölkələri Fələstinin müstəqilliyini dəstəkləyəcək
ANA SƏHİFƏ / DÜNYA
01:09 14.09.2011

 

Ərəb ölkələri Fələstin muxtariyyətinin müstəqillik tələbini dəstəkləyəcək. Fələstinlilərin müvafiq ərizəsi sentyabrın 20-də BMT Baş Məclisinə təqdim oluna bilər. Bu barədə Qətərin Baş naziri Həməd Casim Al Saniyə istinadən "əl-Cəzirə" telekanalı xəbər verir.

Saninin dediyinə görə, Ərəb Dövlətləri Liqası (ƏDL) paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılması planını dəstəkləmək qərarına gəlmişdir.

Bundan əvvəl ABŞ Prezidenti Barak Obama bildirirdi ki, fələstinlilər belə bir tələblə BMT Təhlükəsizlik Şurasına müraciət etsələr, onun ölkəsi veto hüququndan istifadə edəcək. Amerika Prezidentinin dediyinə görə, Fələstin milli administrasiyasının müstəqillik tələbi səmərəsizdir və İsrail-Fələstin münaqişəsini həll etməyəcək. Obama həmçinin qeyd etmişdir ki, Fələstin və İsrail hakimiyyət orqanları ikitərəfli dialoqa başlamalı və sülh sazişi əldə etməlidirlər.

ƏDL-in iclası dünən Qahirədə, təşkilatın mənzil-qərargahında keçirilmişdir. İclasda Fələstin muxtariyyətinin Prezidenti Mahmud Abbas, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton iştirak etmişlər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM