09 Iyul 2021 18:27
956
İQTİSADİYYAT
A- A+

Enerji Məsələlərini Tənzimləmə Agentliyi elektrik qurğulara layihə sənədlərinin və qaz qurğularının istismarına icazələrin sayını açıqlayıb

 

Cari ilin ikinci rübü ərzində yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerji təchizat sxemini dəyişən tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən verilmiş istismara buraxılış aktlarının sayı birinci rüblə müqayisədə 85 faiz artaraq 63 akt təşkil edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, ötən rüb müxtəlif tikinti obyektlərinin elektrik qurğularının ekspertizadan keçirilərək razılaşdırılmış layihə sənədlərinin sayı ilk rüblə müqayisədə 47 faiz artaraq 72 layihə təşkil edib. İkinci rübdə aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 16, qaz qurğularına aid 19 layihə sənədinin razılaşdırılmasından imtina olunub. Keçən rüb 26 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib, sayğaclar kompüterlə oxunub.

İkinci rübdə razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazələrin sayı birinci rüblə müqayisədə 35 faiz azalıb və 162 icazə təşkil edib. Ötən rüb qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı ilk rüblə müqayisədə 11 faiz azalıb və 828 tikinti obyekti təşkil edib. İkinci rübdə qazpaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan 2, elektrik şəbəkəsinə isə 2 qeyri-qanuni qoşulma faktı aşkar edilib.

Keçən rüb ərzində tərtib edilmiş inzibati xəta haqqında protokolların sayı 22,5 faiz artaraq 49-a, protokollar üzrə qəbul edilən qərarların sayı isə 59 faiz artaraq 81-ə çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video