14:19 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ənənələri yaşadaq
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:02 19.02.2012

 

Bir əsrə yaxın tarixə malik Tovuz futbolu həmişə ölkəmiz üçün nümunə olub. Əyalətdə ilk Peşəkar Futbol Klubu - "Turan" da burada yaradılıb. İlk dəfə Tovuz komandası ölkə kubokunu alıb, birinci spartakiadanın qalibi olub, Avropada keçirilən yarışlarda iştirak edib.

"Turan" bütün dövrlərdə Azərbaycan futbolu üçün oyunçu yetişdirməklə də baza rolunu oynayıb. Təsadüfi deyil ki, istər ayrı-ayrı komandalarımızda, istərsə də digər aparıcı klublarımızda Tovuz yetirmələrinə indi də rast gəlmək mümkündür.

Təəssüf ki, son illərdə Tovuz komandası əvvəlki şöhrətini itirir. Maliyyə çətinliklərinə baxmayaraq, komanda öz daxili imkanları hesabına varlığını qoruyub saxlayır, ancaq komandanın gücü-qüvvəsi getdikcə tükənir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Premyer-Liqada mübarizə aparan digər komandalardan fərqli olaraq, tovuzlular təlim-məşq toplanışlarından kənarda qaldılar.

Bu, bizi ciddi narahat edir. Necə edək ki, Tovuz futbolunu yaşadaq? Axı 2012-ci il ölkəmizdə həm də "İdman ili" elan olunub. Adətən belə vaxtlarda xeyirxah adamlar köməyə gəlir, vəziyyətdən çıxmaq üçün yardımçı olurlar. Tovuzda da belələri az deyil. İnanırıq ki, onlar səsimizə səs verib, "Turan"a dayaq duracaqlar.

 

Fəxrəddin MUSTAFAYEV,

Azərbaycan Dövlət Aqrar  Universitetinin dosenti

 

Zakir ƏHMƏDOV,

iqtisad elmləri üzrə fəlsəfə doktoru

 

Qabil MƏMMƏDOV,

professor

Cəmi 21 imza



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM