08:22 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ən qədim meteorit tapılıb
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
15:35 21.07.2021

 

İngiltərənin qərbində Qlosterşir qraflığında tapılmış kiçik daş parçasının ən qədim meteorit olduğu müəyyən edilib.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, alimlərin fikrincə, onun yaşı 4,6 milyard ildir. Bu, Yer üzündə indiyədək tapılmış ən qədim meteoritdir. Planetin öz yaşı 4,54 milyard ildir. Tapıntı haqqında Lafboro Universiteti məlumat yayıb. Məlumatda bildirilib ki, Lafboro sakini, Şərqi İngiltərə Astrofizika Tədqiqatları Təşkilatının (EAARO) əməkdaşı Derek Robson tərəfindən tapılmış kömür rəngində bu kiçik daş Günəş sistemi planetlərinin formalaşmasından sonra qalmış kosmik zibil fraqmentidir. Güman edilir ki, o, Yer üzünə Mars və Yupiterin orbitləri arasında yerləşən asteroid qurşağından düşüb.

Hazırda Lafboro Universitetindən tədqiqatçılar EAARO-dan olan həmkarları ilə birlikdə meteoritin quruluşunu və tərkibini öyrənilər. Meteoritə, yaxınlığında tapıldığı kəndin adı verilib – Uinçkomb. Alimlər erkən Günəş sistemində baş vermiş proseslərə, eləcə də Yerin mənşəyi və burada həyatın yaranmasına dair suallara cavab tapmağa ümid edirlər. Onlar səthin morfologiyasının mikron və nanometr miqyasda tədqiqi üçün elektron mikroskopiyadan, həmçinin maddələrin kristallik strukturu, kimyəvi faza və molekulyar qarşılıqlı təsiri haqqında müfəssəl məlumat verən titrəyiş spektroskopiyasından və rentgen şüalarının difraksiyasından istifadə edirlər.

Müəlliflərin fikrincə, meteoritin materialı heç vaxt güclü kosmik toqquşmalara məruz qalmamış, yəni protoplanetar cisimlərin meydana gəlməsində iştirak etməmiş hissəciklər və tozdan ibarət zəif birləşmiş betona bənzəyir. Daxili struktur kövrək, seyrək və məsaməlidir, çatlamışdır. Görünür ki, Marsın arxa tərəfində yerləşib və ona heç nə toxunmayıb.

Qədim meteorit karbonlu xondritin – tərkibində üzvi material olan kosmik materialın nadir nümunəsidir. Derek Robson bildirib ki, karbonlu xondritlərdə üzvi birləşmələr, bütün canlılarda olan aminturşular olur. Yerin yaranmasından əvvələ aid olan bu materialda sözügedən birləşmələrin tanınması və təsdiq edilməsi həyatın necə yarandığını anlamaq üçün mühüm addım olacaq.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM