28 Noyabr 2021 00:15
1111
CƏMİYYƏT
A- A+

Ən çox soğan yeyənlər

 

Liviya əhalisi dünyada istehlak etdiyi soğanın çəkisinə görə rekord göstəriciyə sahibdir. BMT-nin məlumatına görə, hər liviyalı ildə orta hesabla 33,6 kq soğan yeyir. Onlar bütün yeməklərinə bol soğan əlavə edirlər. Adambaşına illik soğan istehlakının 21,7 kq olduğu Seneqal Liviyadan sonra ikinci yerdədir. Hər bir rus ildə təxminən 11 kq soğan yeyir. İngiltərədə isə soğan istehlakı bir qədər azdır. Burada adambaşına ildə 9,3 kq soğan düşür. İngilislər tərəfindən ənənəvi olaraq “soğan yeyən” hesab edilən fransızlar isə əslində daha az soğan istifadə edirlər. Fransada il ərzində bir nəfər 5,6 kq soğan istehlak edir. Ukraynada soğan istehlakı Avropada ən aşağı göstəricilərdən biri olaraq qalır. Burada il ərzində adambaşına düşən soğan istehlakının göstəricisi 2-2,5 kiloqramdır.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video