10:29 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ən çox dondurma yeyənlər

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:17 29.08.2021

 

Dünyada ən çox dondurma istehlak edən ölkə Yeni Zelandiyadır. Burada adambaşına düşən illik istehlakın həcmi 28,4 kq-dır. Yeni Zelandiyadan sonra ən çox dondurma yeyənlər amerikalılardır. ABŞ-da adambaşına düşən dondurma istehlakının həcmi 20,8 kq-dır. Avstraliyada bir nəfər il ərzində 18, Finlandiyada 14 kq dondurma yeyir.

Çində il ərzində 5,9 milyard kq dondurma satılsa da, burada əhali çox olduğu üçün adambaşına düşən dondurmanın miqdarı az olur. Bu səbəbdən çinlilər dünyada ən az dondurma yeyən xalq hesab edilirlər.

Dondurma sevən amerikalıların 90 faizi iyul ayının üçüncü bazar gününü “Dondurma günü” kimi bayram edir. İlk dəfə ABŞ Prezidenti Ronald Reyqan dondurmaların ləzzətinin dadılması üçün iyul ayını “Milli dondurma ayı” elan edib. O, həmçinin iyulun üçüncü bazar gününün bayram kimi qeyd edilməsi barədə sərəncam imzalayıb. Bu ayda dondurma müsabiqəsi keçirilib və dondurmanı ən tez bitirən iştirakçı müsabiqənin qalibi olub.

Dünyanın dondurma istehsalı bazarında Çin ən çox paya malik olan ölkədir. Çində il ərzində təxminən 4 milyard kq-dan çox dondurma istehsal edilir. ABŞ  dondurma istehsalına görə Çindən sonra ikinci yeri tutur. Burada il ərzində 3 milyard kq-a yaxın dondurma istehsal edilir.

2022-ci ilə qədər dünyada dondurma bazarının dəyərinin 89 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Şirin qidalara olan tələbatın artması bu sektordakı inkişafa səbəb olan əsas amillərdən biridir. Dondurma istehsalçıları satdıqları məhsulların faydalarını getdikcə daha çox artırmağa çalışırlar. Onlar istehlakçıları öz məhsullarına cəlb etmək üçün daim yeni çeşidlər təqdim etməyə çalışırlar. Çin, Braziliya və Hindistan kimi inkişaf etməkdə olan bazarlarda dondurma istehsalı getdikcə artır.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM