19:19 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Emin Əmrullayev Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının direktoru ilə görüşüb
 
ANA SƏHİFƏ / TƏHSIL
19:17 28.09.2021

Sentyabrın 28-də təhsil naziri Emin Əmrullayev İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (Organisation for Economic Co-operation and Development, OECD) Baş katibinin Təhsil siyasəti üzrə xüsusi müşaviri, Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının (Programme for International Student Assessment, PISA) yaradıcısı və direktoru Andreas Şleyxer ilə onlayn görüş keçirib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə əməkdaşlıq perspektivləri, o cümlədən PISA-nın Azərbaycan üzrə nəticələri və onların inkişaf tendensiyaları müzakirə edilib.

Qeyd edək ki, oktyabrın 1-də bir çox qlobal səviyyəli mütəxəssislərin iştirakı ilə keçiriləcək Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunda Andreas Şleyxer əsas məruzə ilə çıxış edəcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM