27 Avqust 2011 07:08
512
İQTİSADİYYAT
A- A+

Əməyin təhlükəsizliyi diqqət mərkəzindədir

 

"Azneft" İstehsalat Birliyində keçirilən növbəti mühazirə qapalı sahələrdə (tutumlarda, çənlərdə və aparatlarda) aparılan işlər zamanı əməyin mühafizəsi mövzusuna həsr olunmuşdu.

Birliyin idarə və müəssisələrinin baş mühəndislərinin iştirakı ilə keçirilən təqdimatda baş direktorun müavini C.Səmədov çıxış edərək tapşırılmış işlərin təhlükəsiz yerinə yetirilməsi üçün bütün əməkdaşların müvafiq təlim keçmələri zərurətindən danışmış, onların vəzifələrini vurğulamışdır. Mühazirə zamanı qapalı sahəyə girişdə iştirak edəcək əməkdaşlara və podratçı təşkilatların əməkçilərinə işin məzmunu, fövqəladə hallara qarşı Cavab Tədbirləri Planı haqqında tam məlumat verilmişdir. Aidiyyəti işcilərə tövsiyə olunmuşdur ki, qapalı sahəyə daxil olmazdan əvvəl riskin nə dərəcədə olduğunu qiymətləndirsinlər. Eləcə də avadanlıq lazımi şəkildə tam təcrid edilməli, boşaldılmalı və qazsızlaşdırılmalıdır.

Qaz emalı zavodunda isə əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində görülən işlərə dair iclas keçirilmişdir.

Müəssisənin direktoru A.Paşayev əməyin mühafizəsi sisteminin təkmilləşdirilməsi məqsədilə görülən tədbirlər haqqında ətraflı məlumat vermişdir. Tədbirdə mümkün istehsalat qəzalarının başvermə səbəblərindən və onların aradan qaldırılması yollarından danışılmış, qarşıda duran vəzifələrin yerinə yetirilməsi yolları müzakirə olunmuşdur.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video