25 Noyabr 2021 17:03
504
CƏMİYYƏT
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idarəetmə sistemlərinin beynəlxalq standartlara uyğun qurulması işləri davam edir

 

Fəaliyyət sahələrinin beynəlxalq standartlara uyğun mütərəqqi idarəetmə sistemi üzərində qurulması öz inkişafını hədəfləyən bir çox qurumlar, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün əsas məsələlərdən biridir. Bu məqsədlə nazirliyin qurumlarında Beynəlxalq Standartlaşdırma Təşkilatının İSO 37001 (antikorrupsiya siyasəti və korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi), İSO 9001 (keyfiyyəti idarəetmə sistemi) standartlarının tətbiqi üzrə mərhələli işlər aparılır.

Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Əmək Müfəttişliyi Xidmətində, Dövlət Məşğulluq Agentliyində, DOST Agentliyində həmin standartlar əsasında idarəetmə sisteminin tətbiqi prosesi davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu sahədə ixtisaslaşmış müxtəlif konsaltinq şirkətləri dövlət satınalma qanunvericiliyi əsasında açıq tenderlər vasitəsilə cəlb edilərək bu istiqamətdə məsləhət xidmətləri göstərirlər. Yekunda beynəlxalq akkreditasiyaya malik təşkilat tətbiq işlərinin standarta uyğunluğunu sertifikatla təsdiq edəcək.

Eyni zamanda, əmək bazarının tələblərinə və beynəlxalq standartlara uyğun peşə və kvalifikasiya standartlarının hazırlanması, habelə mühüm sosial-iqtisadi əhəmiyyəti olan özünüməşğulluq proqramının genişləndirilməsi və icra mexanizminin təkmilləşdirilməsi üçün Dünya Bankı ilə birgə əməkdaşlıq çərçivəsində işsiz şəxslərin özünüməşğulluğu üçün xüsusi təlim modullarının hazırlanması, proqramın icrası və mentor xidmətlərinin tətbiqi istiqamətində nazirliyin aidiyyəti strukturları tərəfindən geniş iş aparılır.

Bütün bu proseslərdə nazirlik peşəkar, səmərəli, müasir iş prinsipləri əsasında fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq həyata keçirir. Müvafiq xidmətlərin satın alınması üçün açıq və şəffaf şəkildə, rəqabət mühitində, qanunvericiliyin tələblərinə uyğun tenderlər keçirilir. Aidiyyəti qurumlar tərəfindən həmin tenderlərin nəticələri təsdiq edilərək qeydiyyata alınır, müvafiq portalda ictimaiyyətə açıqlanır. Layihələr bütün meyarlar üzrə ən səmərəli və aşağı qiymət təklifi təqdim edən şirkətlərlə birgə icra edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video