Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıq tender elan edir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yuyucu və təsərrüfat mallarının satın alınması üzrə açıq tenderə dəvət edir.
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı: 50 (əlli) manat
Satınalan təşkilat: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
VÖEN: 1700093011
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
KOD: 210005
MÜXBİR HESABI: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
SWIFT BIK C
TREAZ22
H/HESABI: AZ80CTRE00000000000002138501
Büdcə gəlirlərinin təsnifat kodu - 142330
Büdcə səviyyəsinin kodu - 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (sənədin əsli skan edilməli və PDF formatında yerləşdirilməlidir);
- tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (sənədin əsli skan edilməli və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir); 01.03.2021-ci il tarixdən sonra alınan arayış qəbul ediləcəkdir.
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2019 və 2020-ci illər üzrə);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin əsli skan edilməli və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir); 01.03.2021-ci il tarixdən sonra alınan arayış qəbul ediləcəkdir.
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
- satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması;
- mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat (Dövlət Statistika Komitəsindən alınmalıdır (sənədin əsli skan edilməli və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir);
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
- tender iştirakçısının müəyyən etdiyi digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 27.04.2021-ci il saat 15:00-a qədər və tender təklifini 05.05.2021-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 06.05.2021-ci il saat 15:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb...
25 Aprel
Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb
25 Aprel
Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq
25 Aprel
Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq
25 Aprel
Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir
25 Aprel
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
25 Aprel
İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq
25 Aprel
Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar
25 Aprel
Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməs...
25 Aprel
Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!