06 Iyul 2021 00:58
831
İQTİSADİYYAT
A- A+

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasından 2 il ötür

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasından iki il ötür.

Bununla əlaqədar keçirilən mətbuat konfransında Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədov  Observatoriyanın fəaliyyəti barədə məlumat verib.

Qeyd edib ki, Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli fərmanının icrası olaraq, Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli qərarı əsasında  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs olaraq  yaradılıb.  Observatoriya əmək, məşğulluq, sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün təkmil monitorinq, təhlil, proqnozlaşdırma sisteminin yaradılması istiqamətində fəaliyyət göstərir. Ümumilikdə Milli Observatoriyanın fəaliyyəti əsasən bu platformalarda təşkil olunub: Monitorinq (müayinə, sorğu); Analitik və intellektual mərkəz (“Beyin mərkəzi”);  Proqnoz, Tədqiqat və təkliflərin diskussiyası və dialoq platforması; Tədris və təlim mərkəzi.

E.Əsədov  əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsinin, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsinin Milli Observatoriyanın  əsas vəzifələri sırasında olduğunu deyib. Bildirib ki, Milli Observatoriyanın fəaliyyət istiqamətinə eləcə də  iqtisadi fəal əhalinin, məşğulluğun və işsizliyin kəmiyyət tərkibinin,  keyfiyyət göstəricilərinin müasir vəziyyətini, onların dəyişilməsinə təsir göstərən sosial-iqtisadi şəraitin  təhlil edilməsi, bu əsasda cari və perspektiv proqnozların hazırlanması daxildir.   Milli Observatoriya  həmçinin iqtisadiyyatın rəqabətə davamlı kadrlarla təmin edilməsi üçün peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə dair tələbləri müəyyənləşdirə bilər.

Qurumun hazırda üç layihə üzərində işlədiyini qeyd edən E.Əsədov,  bu layihələrin məqsəd və əhəmiyyətini  diqqətə çatdırıb.

Bildirilib ki, əliliyi olan şəxslərlə bağlı “Virtual İnnovasiyalar Parkı” adlanan layihə əsasında  bu kateqoriyadan olan şəxslərin bərabər imkanlar əsasında məşğulluğu təmin olunacaq, əmək bazarına və sahibkarlıq fəaliyyətinə cəlb edilməsi həyata keçiriləcək.

Eşitmə və nitq məhdudiyyəti olan şəxslərin ünsiyyət probleminin aradan qaldırılmasına yardım edəcək proqram təminatı layihəsi və işarə dilinin rahat öyrənilməsi üçün Milli Observatoriya tərəfindən hazırlanan  Telegram bot haqqında da məlumat verilib. Diqqətə çatdırılıb ki, layihənin tətbiq olunması həmin şəxslərin ətrafdakı insanlarla ünsiyyətini asanlaşdıracaq, onların cəmiyyətə inteqrasiyasına yardım edəcək.

Müayinə Sorğu Sistemi layihəsindən bəhs olunub. Qeyd edilib ki, bu layihə çərçivəsində müəyyən mövzular üzrə sorğuların aparılması, toplanmış məlumatların mobil tətbiq və ya veb səhifə üzərindən sistemə göndərilməsi, əldə  edilmiş məlumatların təhlil edilməsi və hesabatların hazırlanması planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video