13 Iyun 2014 08:06
366
Elm və texnika
A- A+

Elmin İnkişafı Fondu beşinci “Mobillik qrantı” müsabiqəsini elan etmişdir

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direksiyasında nəticələri yenicə elan olunmuş dördüncü “Mobillik qrantı” müsabiqəsinin qalibləri ilə görüş keçirilmişdir.

EİF-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə fondun icraçı direktoru Elçin Babayev qalibləri təbrik etmiş, ölkədə həyata keçirilən elm siyasətinin uğurlarından danışmışdır.
Tədbirdə həmçinin Elmin İnkişafı Fondunun xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı nəzərdə tutan növbəti beşinci “Mobillik qrantı” müsabiqəsi elan edilmişdir.
Bildirilmişdir ki, müsabiqə Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə keçirilir.
Müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin ümumi həcmi yüz min manat təşkil edəcəkdir. Kiçik maliyyə həcmli (on min manatadək) qrantların verilməsi ilə bu il oktyabrın 1-dən dekabrın 31-dək Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə qısamüddətli təcrübəkeçmə proqramlarında, eləcə də regional və beynəlxalq elmi tədbirlərdə elmi məruzələrlə iştirakının qismən və ya tamamilə maliyyələşdirilməsi təmin ediləcəkdir.
Müsabiqədə iştirak üçün ərizələr iyunun 17-dən iyulun 31-i saat 17:00-dək qəbul olunacaqdır.
Beşinci “Mobillik qrantı” müsabiqəsinin nəticələrinin cari ilin sentyabr ayında açıqlanması planlaşdırılır. Ətraflı məlumatı www.sdf.gov.az linkindən əldə etmək mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video