26 Yanvar 2012 01:01
594
Elm və texnika
A- A+

Elmin idarə olunmasına yeni yanaşma lazımdır

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda  doktorant və dissertantların attestasiyasına həsr olunmuş yekun iclas keçirilmişdir.

İnstitutdan bildirmişlər ki, attestasiyanın nəticələrinin əks olunduğu hesabata görə, informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə mövzulara dair 31 doktorant və dissertantdan 25 nəfəri attestasiyadan keçmiş, 6 nəfərə isə şərti vaxt verilmişdir.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Azərbaycanda İKT-nin yüksək sürətlə inkişaf etdiyini, institutun fəaliyyətinin mövcud elmi-texniki potensialı inkişaf etdirmək, yüksək ixtisaslı kadrlar hazırlamaq istiqamətinə yönəldiyini bildirmişdir. Alim informasiya texnologiyalarının dinamik inkişaf etdiyi müasir dövrdə elmin rolunun əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırmışdır.  İnstitutun elmi potensialının artırılmasının alim və mütəxəssislərin qarşısında duran vacib məsələlərdən olduğunu qeyd edən R.Əliquliyev elektron elmin inkişafının elmin idarə olunmasına yeni yanaşma tələb etdiyini  bildirmişdir.

Dissertasiya işində qoyulmuş məsələlərə dair məqalələrin hazırlanmasının zəruriliyini qeyd edən institutun direktoru  məqalələrdə aktuallıq, mövcud problemlər, onların həlli yolları, təklif olunan üsul və nəticələrin öz əksini tapmasının vacibliyini  vurğulamışdır.  O, elmi kadr hazırlığının daha səmərəli həyata keçirilməsi məqsədilə şöbələr səviyyəsində mütəmadi seminarların təşkilinin zəruriliyindən də bəhs etmişdir.

Mövzuya dair müzakirələrdə institutun Elmi Şurasının üzvləri təklif və tövsiyələrin, dissertasiya işlərində qoyulmuş məsələlər üzrə məqalələrin nüfuzlu beynəlxalq jurnallarda dərcinin əhəmiyyətini qeyd etmişlər. Bildirilmişdir ki, doktorant və dissertantlar elmi problemin vəziyyətini tam araşdırmağı, lazımi vasitə və metodlardan istifadə etməyi bacarmalı, inkişaf etmiş ölkələrdə mövcud problemin vəziyyətinin monitorinqinin nəticələri  və bu məsələləri araşdıran   elmi mərkəzlər haqqında məlumatlara malik olmalıdırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video