03:27 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Elmi-texniki sahədə birgə layihələrin həyata keçirilməsində əməkdaşlıq vacibdir
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
01:02 17.02.2012

 

Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuriy Şedrin  və nümayəndəliyin baş mütəxəssis-eksperti Dmitriy Akulenko AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) qonağı oldu. İnstitutdan bildirmişlər ki, görüşdə İKT sahəsində iki ölkə arasında əməkdaşlıq əlaqələri, innovativ  layihələrin təşkili, beynəlxalq əlaqələrin inkişafı məsələləri müzakirə olundu, həmçinin İTİ-nin elmi-tədqiqat işləri və innovasiya fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verildi.

AMEA-nın müxbir üzvü, AMEA İTİ-nin direktoru, professor Rasim Əliquliyev ölkəmizdə biliklər iqtisadiyyatının formalaşmasına və inkişaf etdirilməsinə, informasiya-kommunikasiya xidmətlərinin genişləndirilməsinə böyük diqqət yetirildiyini nəzərə çatdırdı. İnstitutda fəaliyyət göstərən alim və mütəxəssislərin elmi məqalələrinin istinad indeksli beynəlxalq jurnallarda nəşr olunduğunu diqqətə çatdıran alim institutun beynəlxalq elmi mühitə inteqrasiya etdiyini bildirdi.

Qonaq Yuriy Şedrin "Skolkovo" innovasiyalar şəhəri haqqında məlumat verdi, "Skolkovo" fondunun dünyanın aparıcı İT şirkətləri ilə birgə əməkdaşlıq əlaqələrindən danışdı, həmçinin  elmi-texniki sahədə yeni kəşflər və innovativ fəaliyyət üçün əlverişli şəraitin yaradılması, alim və mütəxəssislər arasında bilik və təcrübə mübadiləsinin aparılması, elmi tədqiqatların beynəlxalq tələblərə cavab verməsi, əldə edilmiş məhsulların dünya İT bazarına çıxarılmasının Rusiyada prioritet məsələlərdən olduğunu bildirdi.

Y.Şedrin institutun fəaliyyətini, burada aparılan işləri yüksək qiymətləndirdi və "Skolkovo" innovasiya mərkəzi ilə İTİ arasında elmi-texniki sahədə birgə layihələrin həyata keçirilməsində, əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını xüsusi vurğuladı.

Sonra qonaqlar İTİ-nin AzScienceNet, Tədris-İnnovasiya və Multimedia mərkəzlərinin fəaliyyəti, həmçinin yeni konfrans zalları ilə tanış oldular. İnstitutda elmi proseslərin yüksək səviyyədə aparılması, müasir texniki avadanlıqlarla təmini, innovativ fəaliyyətin təşkili istiqamətində həyata keçirilən işlər haqqında qonaqlara geniş məlumat verildi.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM