13 Iyun 2014 08:06
365
Elm və texnika
A- A+

Elmi şuranın iclası “Birinci Dünya müharibəsi və Azərbaycan” mövzusunda konfransa həsr olunmuşdur

İyunun 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A. Bakıxanov adına Tarix İnstitutunda elmi şuranın “Birinci Dünya müharibəsi və Azərbaycan” mövzusunda konfransa həsr olunmuş növbəti iclası keçirilmişdir.

İnstitutdan AzərTAc-a bildirmişlər ki, iclasda elmi şuranın sədri, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Birinci Dünya müharibəsi illərində ermənilərin Azərbaycan xalqına qarşı soyqırımıları həyata keçirdiklərini qeyd etmiş, bu məsələlərə konfransda daha geniş yer verilməsinin əhəmiyyətini vurğulamışdır.
Elmi şuranın iclasında, həmçinin “Birinci Dünya müharibəsi və Azərbaycan” mövzusunda elmi konfransın keçirilməsi ilə əlaqədar təşkilat komitəsinin məlumatı da dinlənilmişdir.
Bildirilmişdir ki, ermənilərin Azərbaycan və türk xalqlarına qarşı soyqırımı aktları haqqında məruzələrin sayı artırılmışdır. Konfransda iştirak etmək üçün Türkiyə, Rusiya (o cümlədən, Dağıstan, İnquşetiya, Adıgey respublikaları), Gürcüstan, Fransa, Mərkəzi Asiya və digər ölkələrdən müraciət etmiş tarixçi alimlər bu beynəlxalq tədbirə dəvət edilmişlər.
Qeyd edilmişdir ki, konfransda xarici ölkələrin bir çox görkəmli alimlərinin, o cümlədən Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin sədri, professor Məhmət Əli Beyhanın və Rusiya Federasiyası Elmlər Akademiyasının Rusiya Tarixi İnstitutunun direktoru Yuri Petrovun rəhbərliyi ilə bir qrup alimin iştirakı da gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video