15 Sentyabr 2012 02:09
429
PARLAMENT
A- A+

«Elm siyasəti haqqında» qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq

 

Milli Məclisin payız sessiyasında "Elm siyasəti haqqında" və "Ali təhsil haqqında" qanun layihələri müzakirəyə çıxarılacaq.

Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sentyabrın 14-də keçirilən ilk iclasında adıçəkilən komitənin sədri Şəmsəddin Hacıyev məlumat verib.

Ş.Hacıyev bildirib ki, "Elm siyasəti haqqında" qanun layihəsinin qəbulu  gələcəkdə Azərbaycan elminin inkişafına böyük töhfə vermiş olacaq. Qanun layihəsinin çox mürəkkəb bir sənəd olduğunu söyləyən komitə sədri hesab edir ki, bu qanun elm sahəsində problemlərin qanun müstəvisində həll olunmasına şərait yaradacaq.

"Ali təhsil haqqında" qanun layihəsi də vacib sənəd hesab olunur. "Hələ ötən sessiyada sözügedən sənədin hazırlanıb müzakirələrə təqdim olunması nəzərdə tutulmuşdu. Demək olar ki, işçi qrupu səviyyəsində artıq qanun layihəsinin ilkin variantı işlənib hazırlanıb. Biz həmin sənədi də payız sessiyasının sonlarınadək hazırlayıb başa çatdırmağı nəzərdə tuturuq", - deyə Ş.Hacıyev vurğulayıb.

Bununla yanaşı, Ş.Hacıyev onu da bildirib ki, ötən yaz və növbədənkənar sessiyalarda rəhbərlik etdiyi komitənin 3 iclası keçirilib və orada 4 məsələ müzakirə olunub. Müzakirəyə çıxarılan sənədlərdən biri Milli Məclisin plenar iclasına tövsiyə kimi qəbul olunub.

Ümumiyyətlə, yanvar-iyun aylarında komitəyə vətəndaşlar tərəfindən 116 müraciət, ərizə və şikayət daxil olub və onlar baxılması üçün aidiyyəti qurumlara göndərilib.

İclasda 1998-ci ildə qəbul olunmuş "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna dəyişiklik edilməsi barədə layihə də müzakirə olunub. Təklif olunan dəyişikliyə əsasən, tarixi abidələrin təsdiqlənmiş siyahısından abidənin adının çıxarılması müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Qeyd edək ki, mövcud variantda Azərbaycan Respublikasının tarix və mədəniyyət abidələrinin təsdiqlənmiş siyahısından abidələrin adlarının çıxarılması qadağandır.

Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video