15:16 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”  Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 346-VIQD nömrəli Qanununun tətbiqi və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

ANA SƏHİFƏ / FƏRMANLAR
01:05 21.08.2021

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”  Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 346-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram: 

1. Müəyyən edilsin ki:

1.1. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci    maddəsinin   birinci,   ikinci   və   üçüncü   cümlələrində,   3.3-cü,

3.4-cü, 3.5-ci  (birinci halda), 3.6-cı və 19.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 3.1-ci maddəsinin üçüncü cümləsində, 3.4-cü və 3.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 3.1-ci maddəsinin ikinci cümləsində və 3.5-ci (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Qanunun 19.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 3.1-ci maddəsinin birinci cümləsində və 3.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 11.4-cü maddəsinin birinci və ikinci cümlələrində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həyata keçirir.

2. Azərbaycan Respublikası Prezidentinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1499, № 11, maddə 2239; 2019, № 7, maddə 1217; 2020, № 7, maddə 861; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1358 nömrəli  Fərmanı)  aşağıdakı dəyişikliklər edilsin:

2.1.  2.1-ci bənddə “8.3-cü maddəsində (hər iki halda)” sözləri  “3.1-ci maddəsinin birinci,   ikinci   və    üçüncü   cümlələrində, 3.3-cü, 3.4-cü,   3.5-ci    (birinci halda), 

3.6-cı, 8.3-cü maddəsində (hər iki halda), 19.1-ci” sözləri ilə əvəz edilsin;

2.2.  2.2-ci bənddən “3.1-ci maddəsinin ikinci cümləsində,”, “3.4-cü, 3.6-cı,” və “19.2-ci,” sözləri çıxarılsın;

2.3.  2.2-1-ci bənddə “8.3-cü maddəsində birinci halda” sözləri “3.1-ci maddəsinin üçüncü cümləsində, 3.4-cü, 3.6-cı və 8.3-cü (birinci halda) maddələrində” sözləri ilə əvəz edilsin;

2.4.  2.4-cü bənddən “3.1-ci maddəsinin birinci cümləsində, 3.3-cü, 3.5-ci (birinci halda)” və “11.4-cü maddəsinin birinci və ikinci cümlələrində,” sözləri çıxarılsın;

 2.5.  aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:

“2.4-1. həmin Qanunun 11.4-cü maddəsinin birinci və ikinci cümlələrində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həyata keçirir;”;

2.6.  2.10-cu bənd ləğv edilsin;

2.7.  2.12-ci  bənddə  “20.3-cü maddəsində”  sözləri   “3.1-ci  maddəsinin ikinci cümləsində, 3.5-ci  (birinci halda) və 20.3-cü maddələrində” sözləri ilə əvəz edilsin;

2.8.  2.12-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.13-cü və 2.14-cü bəndlər əlavə edilsin:

 “2.13. həmin Qanunun 3.1-ci maddəsinin birinci cümləsində və 3.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzərdə tutulur;

 2.14. həmin Qanunun 19.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur.”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. üç ay müddətində:

3.1.1. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası  Qanununun 3.4-cü maddəsinə uyğun olaraq əlilliyin müəyyən olunması meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;        

3.1.2. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli  346-VIQD nömrəli  Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 avqust 2021-ci il



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM