03:51 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ələt Azad İqtisadi Zonasında içməli və tullantı su infrastrukturları yaradılır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
22:34 14.10.2021

 

Ölkə iqtisadiyyatı üçün perspektiv əhəmiyyət daşıyan Ələt Azad İqtisadi Zonasında içməli və tullantı su infrastrukturlarının yaradılması işləri davam etdirilir.

“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, hazırda iqtisadi zonanın magistral su kəmərləri və yağış sularının kənarlaşdırılması məqsədilə kollektorlar inşa olunur.

Ələt Azad İqtisadi Zonasının içməli su təchizatı sisteminin yaradılması layihəsinə əsasən, ərazinin içməli su təchizatı Kür-Bakı magistral su kəməri hesabına təmin olunacaq. Bu məqsədlə magistral xətdən birləşmə verilib və zona ərazisinə 530 millimetr diametrli borularla magistral su kəməri çəkilib. Eyni zamanda, Kür-Bakı magistralının xüsusi iqtisadi zonanın ərazisindən keçən 1,5 kilometrlik hissəsi köçürülərək zona xaricinə çıxarılıb. Ərazidə yaranacaq yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə hazırda 900 metr uzunluğunda açıq tipli kanal inşası davam etdirilir. Açıq kanala toplanan sular 1400 və 1800 millimetr diametrli beton borulardan ibarət 3 kilometr uzunluğunda qapalı kollektorlara ötürülərək kənarlaşdırılacaq. Kollektorların avtomobil və dəmir yolu ilə kəsişmələrində ümumi uzunluğu 190 metr olan 2 mikrotunel inşa olunur. İndiyədək açıq və qapalı kollektorların 60 faizdən çox hissəsi inşa edilib. İcrasına cari ilin sentyabr ayında başlanmış layihə üzrə işlərin bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Layihənin növbəti mərhələsində xüsusi iqtisadi zonada sutkalıq gücü 2000 kubmetr olan modul tipli tullantı sutəmizləyici qurğu inşa ediləcək. Gələcəkdə Ələt qəsəbəsi və ətraf yaşayış məntəqələrinin, həmçinin Ələt Azad İqtisadi Zonasının inkişafı nəzərə alınaraq məhsuldarlığı sutkada 20 min kubmetr olan bioloji tipli tullantı sutəmizləyici qurğunun inşası nəzərdə tutulur. Burada təmizlənən suyun kənarlaşdırılması məqsədilə Xəzər dənizinin dibi ilə 3 kilometr uzunluğunda xəttin tikintisi də layihələndirilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM