15:31 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əlaqələndirmə Qərargahının iclasında işğaldan azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti müzakirə olunub
ANA SƏHİFƏ / SİYASƏT
21:53 04.08.2021

 

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının avqustun 4-də növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurma prosesləri ilə əlaqədar verdiyi tapşırıq və göstərişlərin, aparılan işlərin istiqamət və prioritetlərinin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyətini vurğulayıb.

Ümummilli prioritetlərdən biri olan bərpa və yenidənqurma proseslərinin maksimum səmərəli, keyfiyyətli, sürətli, planlı və əlaqələndirilmiş şəkildə icrasının əsas məqsəd olduğunu qeyd edən Qərargahın rəhbəri görülən işlərin dinamik olaraq dəyişən vəziyyətə uyğun icrasının vacibliyini bildirib.

İclasda əhalinin qayıdışı, şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı, işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın inkişafı, şəhərsalma, nəqliyyat-infrastruktur layihələrinin müfəssəl planlaşdırılması və ahəngdar icrası ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə edilib. Qaldırılmış məsələlərlə əlaqədar növbəti addımlar müəyyən edilib və müvafiq tapşırıqlar verilib.

İşğaldan azad edilmiş ərazilərin yeni iqtisadi rayonlar bölgüsü nəzərə alınmaqla, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bərpası və yenidən qurulması işlərinin sürətlə və yüksək peşəkarlıqla aparılması üçün bütün imkanların səfərbər edilməsinin vacibliyi vurğulanıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM