23 Noyabr 2021 19:58
968
İQTİSADİYYAT
A- A+

“Əl Cəzirə”: Azərbaycanın hədəfi Avropanın əsas enerji təchizatçısı olmaqdır

 

Nüfuzlu “Əl Cəzirə” telekanalının xəbərlər buraxılışında “Azərbaycanın hədəfi Avropanın əsas enerji təchizatçı olmaqdır” mövzusunda reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, telekanalın müxbiri Sinem Koseoğlunun reportajında SOCAR-ın Marketinq və investisiyalar üzrə vitse-prezidenti Vitali Bəylərbəyov Azərbaycanın Türkiyə, Gürcüstan, Yunanıstan, İtaliya və Bolqarıstan bazarlarında tədarükçü olduğunu, eyni zamanda, Şərqi, Mərkəzi Avropa ölkələri və Balkan yarımadasında da əsas qaz təchizatçısına çevrilmək istədiyini bildirib.

Reportajda diqqətə çatdırılıb ki, Azərbaycanın inşa etdiyi boru kəmərləri vasitəsilə daha böyük həcmdə Türkmənistan qazının Avropaya nəqli həyata keçiriləcək.

ABŞ-ın ölkəmizdəki sabiq səfiri Mətyu Brayzə telekanala müsahibəsində Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyində əhəmiyyətindən bəhs edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video