02:35 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ekoloji kənd təsərrüfatı - bu, günümüzün ümdə problemidir
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:02 05.02.2012

 

Ekoloji cəhətdən təmiz ərzaq məhsullarının istehsalı bütün sivil dünyanın diqqət mərkəzindədir. Azərbaycanda da bu mühüm problemin ümumdövlət səviyyəsində həlli üçün sistemli addımlar atılır. 2008-ci il avqust ayının 25-də Prezident İlham Əliyev "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanununu imzaladı. Bu mühüm dövlət sənədinin qəbulundan xeyli əvvəl Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən ölkə üzrə ekoloji kənd təsərrüfatı hərəkatının tanınması, onun gələcək inkişafı və genişlənməsi üçün hüquqi baza yaradılmışdı.

Gəncə Aqrobiznes Assosiasiyasının təsisçisi, professor Amin Babayevin fəal iştirakı ilə Qərb bölgəsi rayonlarında geniş maarifləndirmə işi aparılmış, ekoloji kənd təsərrüfatı ilə məşğul olan fermerlərə maliyyə dəstəyinin göstərilməsi üçün mikrokredit xidməti təşkil edilmiş, "Ekoloji Kənd Təsərrüfatı" adlı aylıq jurnalın nəşrinə başlanılmış, ölkəmizdə ilk ekoloji sertifikatlaşdırma orqanı olan "AZEKOSERT" MMC yaradılmış, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (indiki Dövlət Aqrar Universiteti) Ətraf mühit və torpağın ekoloji monitorinqi laboratoriyası açılmış, ekoloji kənd təsərrüfatı kafedrası fəaliyyətə başlamışdır. Qazanılan çoxillik təcrübə əsasında ekoloji təmiz kənd təsərrüfatı haqqında qanun layihəsi hazırlanaraq Azərbaycan Respublikası Milli Məclisinə təqdim edilmişdir. Nəhayət, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanunu Gəncə Aqrobiznes Assosiasiyasının fəaliyyətinə güclü təkan vermişdir.

İllər boyu davam edən gərgin axtarışların nəticəsi olaraq əməkdar müəllim, professor A.Babayevin və kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Vüqar Babayevin həmmüəllif olduqları "Ekoloji kənd təsərrüfatının əsasları" adlı ali məktəblər üçün ilk qrifli dərsliyi nəşr edilmişdir.

Müəlliflər yazırlar ki, ekoloji kənd təsərrüfatı haqqında təlimin əsası XIX əsrin əvvəlində İsveçrədə qoyulmuşdur. Sonralar bu təlim inkişaf edərək XX əsrin ortalarında "üzvi", "ekoloji", "bioloji" adları altında davamlı kənd təsərrüfatı sistemi kimi formalaşmağa və geniş miqyas almağa başlamışdı.

1972-ci ildə isə Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası yaradıldı. Hazırda onun bütün qitələri təmsil edən 700-dən çox üzv təşkilatları var. Dünyanın bir çox yerlərində, o cümlədən ABŞ-da, Avstraliyada, Çində, Yaponiyada, Türkiyədə, bir sıra Avropa Birliyi ölkələrində ekoloji kənd təsərrüfatı geniş inkişaf edir, bu dəyərli üsul hər yerdə dövlət səviyyəsində dəstəklənir.

Son illərdə Azərbaycanda da bu mühüm məsələyə xüsusi diqqət yetirilir. Hələ neçə il bundan əvvəl professor A.Babayev ekoloji kənd təsərrüfatı fənni üzrə müvafiq proqram tərtib etmişdir və bu fənn o vaxtdan Dövlət Aqrar Universitetində tədris olunur. Gərgin zəhmət sayəsində ərsəyə gələn "Ekoloji kənd təsərrüfatının əsasları" dərsliyi ekoloji təsərrüfatın davamlı inkişafı, onun elmi və kadr hazırlığı üçün dəyərli töhfədir.

543 səhifədən ibarət bu kitabda elmin son nailiyyətləri əsasında bitkiçilik, heyvandarlıq sahələrinin bütün mövcud bölmələrinin ekoloji durumu və problemləri təhlil edilmiş və onun davamlı inkişafı üçün dəyərli elmi və təcrübi məlumatlar əsasında mühüm tövsiyələr verilmişdir. Dərslik aqrar bölmədə təhsil alan tələbələrlə yanaşı, bu sahədə çalışan alimlər, fermerlər və digər mütəxəssislər üçün kənd təsərrüfatının təbiətin qanunlarına uyğun idarə olunmasına dair zəngin bilik və informasiya mənbəyidir.

Monoqrafiyada təbiətdən istifadənin ümumi əsasları, ekoloji əsasları, iqtisadi əsasları, elmi əsasları barədə geniş bəhs edilməklə yanaşı, ekoloji təsərrüfatçılıq şəraitində torpaq istifadəçiliyinin elmi perspektivləri, ekoloji əkinçilikdə landşaft dizaynı, təmiz məhsulların marketinqi, inspeksiyası və sertifikatlaşdırılması məsələləri ayrı-ayrı fəsillərdə şərh olunur.

Dərsliyin "Əlavələr"ində də bitkiçilik, heyvandarlıq və baytarlıq  təbabətinə aid tövsiyələr verilmişdir. Böyük bir siyahıda dərman bitkilərinin, onların istifadə təyinatı və qaydalarının, habelə Azərbaycan, rus, türk və ingilis dillərində olan ədəbiyyatın verilməsi də diqqətəlayiqdir. Kitabda Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalında baş verən yeniliklər, nailiyyətlər dolğunluqla öz əksini tapmışdır.

Əsərdə digər sahələrlə yanaşı, tərəvəzçiliyə aid olan bir sıra materiallar dərc edilmişdir. Lakin bunlar "qarışıq əkinlər" fonunda təsvir olunub. Tərəvəzçilikdə qəbul edilmiş "sıxlaşdırılan", "təkrar" və "çəpərli" əkinlərdə bitkilərin qarşılıqlı münasibətləri haqqında da qısa məlumat verilsəydi daha yaxşı olardı.

Ümumiyyətlə desək, ilk təcrübə olmağına baxmayaraq  elmin və təcrübənin son nailiyətləri əsasında səriştəli şəkildə yazılmış, kənd təsərrüfatının davamlı idarə edilməsi ilə bağlı ekologiya elminin proqram məsələlərini dolğun işıqlandıran bu sanballı dərslik məntiqi ardıcıllıqla və əyani materiallarla yetərincə zənginləşdirilmiş bilik mənbəyidir.

 

Şikar ƏLİYEV,

Azərbaycan Dövlət Aqrar Universitetinin professoru, kənd təsərrüfatı elmləri doktoru, əməkdar müəllim



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM