03 Fevral 2012 12:02
314
CƏMİYYƏT
A- A+

Ekologiya üzrə Texniki Komitənin dördüncü iclası keçirilmişdir

 

2011-ci ilin yekunlarına dair Ekologiya üzrə Texniki Komitənin dördüncü iclası keçirilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzərTAc-a verilən məlumata görə, iclasda ötən ildə komitənin alt komitələri tərəfindən iş planlarına uyğun olaraq atmosferdə kükürd dioksidin kütlə qatılığının spektrofotometrik metodla təyini, istehsalatda elektromaqnit sahəsinə olan tələblər, yaşayış evlərində, ictimai binalarda və tikinti aparılan ərazilərdə 50 hs tezlikli maqnit sahələrinə olan gigiyena tələbləri, təbii sularda qoxunun, şəffaflığın və xüsusi elektrik keçiriciliyinin təyini və digər qaydaların layihələri, o cümlədən suyun keyfiyyəti üzrə tərtib edilmiş 8 hissəli lüğətlə bağlı müzakirələr aparılmışdır. Rəy və təkliflər dinlənildikdən sonra həmin standart və qayda layihələrinin təsdiq edilməsi üçün Standartlaşdırma, Metrologiya və Patent Komitəsinə təqdim edilməsi qərara alınmış və alt komitələrin 2012-ci ilə dair iş planları təsdiq edilmişdir.

Bundan başqa, Ekologiya üzrə Texniki Komitə tərəfindən təbii və süni göllərdən su, dib çöküntülərindən, lildən, su axınlarından, dəniz və çirkab sulardan nümunələrin götürülməsi üzrə qaydalar hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuş və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2011-ci ildə təsdiq edilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video