03 Oktyabr 2021 00:24
620
İQTİSADİYYAT
A- A+

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda T5 tunelinin üst yarı hissəsində qazma işləri bitib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iyunun 14-də yeni Əhmədbəyli-Füzuli-Şuşa 1-ci texniki dərəcəli avtomobil yolunun Daşaltı kəndi ərazisindən keçən hissəsində təməli qoyulan tunel də daxil olmaqla yolboyu ümumilikdə 7 tunelin inşası nəzərdə tutulub ki, onlardan 4-də hazırda tikinti işləri sürətlə davam etdirilir.

AZƏRTAC xəbər verir ki, şərti olaraq T5 adlandırılan və 431 metr uzunluğunda olan tunelin sol hərəkət istiqaməti üzrə üst yarı hissəsində qazma işləri artıq tamamlanıb və tuneldə daxili hərəkət təmin olunub. Tunelin 478 metr uzunluğa malik sağ istiqaməti üzrə qazma işləri isə davam etdirilir və yaxın günlər ərzində sözügedən hissədə də daxili hərəkət təmin olunacaq.

İnşasına başlanılan digər 3 tunelin (T1, T2 və T4) giriş hissələrində aparılan işlər də artıq tamamlanıb. Hazırda qazma, partlatma və qırıcı üsulları ilə tunellərdə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması davam edir.

Layihə üzrə 7 tunelin ümumi uzunluğu təqribən 6.5 km təşkil edəcək. Uzunluqları 350-3300 metrarası dəyişən tunellər bir hərəkət istiqaməti üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.

Hazırda yolboyu müxtəlif hissələrdə torpaq yatağının inşası işləri davam etdirilir. Bundan başqa, 9 viadukun, 59 suötürücü borunun və 10 yeraltı keçidin tikintisi də layihə üzrə nəzərdə tutulub ki, bu istiqamətdə də işlərə start verilib.

Qeyd edək ki, 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilən 81.6 km-lik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6, 48-81.6 km arası isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilir.

Sözügedən yol başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. 

Bütün yollar Qarabağa aparır...

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video