24 Oktyabr 2021 00:01
838
DÜNYA
A- A+

Əhalisi ən çox yaşayan ölkə

 

Dünyada ən çox uzun ömür sürən insanların yaşadığı ölkə Yaponiyadır. Bu ölkədə hər dörd nəfərdən biri 65 və daha yuxarı yaşdadır. Hindistanda hər 100 nəfərdən cəmi 5-i 65 il və bundan yuxarı ömür sürür. Çində hər 100 nəfərdən 9-nun yaşı 65 və daha çoxdur.

Finlandiya, Avstriya, Belçika, Estoniya və İspaniyada yaşı 65 və daha yuxarı olan insanlar əhalinin hər 100 nəfərindən 18-ni, Portuqaliya, İsveç və Yunanıstanda 19-nu, Almaniya və İtaliyada 21-ni təşkil edir.

Yaponiya və San Marino dünyada qadınların ən uzun ömür sürdüyü ölkələrdir. Burada qadınlar arasında orta ömür uzunluğu 86 ildir. Fransa, İtaliya, İspaniya və İsveçrədə qadınlar orta hesabla 85 il, Avstraliya, Avstriya, İslandiya, İsrail, Cənubi Koreya, Lüksemburq, Malta, Norveç, Portuqaliya, Sinqapur və İsveçdə 84 il, Belçika, Kanada, Almaniya, Yunanıstan, İrlandiya, Hollandiya, Yeni Zelandiya və Sloveniyada 83 il yaşayırlar. Kişilərin orta ömrü qadınlara nisbətən 5-6 il qısadır. İsveçrə və İslandiyada kişilər orta hesabla 81 il ömür sürürlər ki, bu da dünyada ən yüksək göstərici sayılır. Sonrakı yerləri orta ömür uzunluğu 80 il olmaqla, Avstraliya, Honqkonq, İsrail, İtaliya, Malta, San Marino, Sinqapur və İsveç tutur.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video