03:49 28 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 28.11.2021 Acı olsa da, xeyirlidir
00:18 28.11.2021 Gəzən soğanlar
00:15 28.11.2021

Ən çox soğan yeyənlər


00:14 28.11.2021 Təbii müalicə
00:12 28.11.2021 Qırmızının gücü
00:12 28.11.2021 Hər dərdə dəva
00:11 28.11.2021 Şəkərin düşməni
Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əhalinin alıcılıq qabiliyyəti getdikcə yüksəlir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:08 28.08.2011

 

Dövlət Statistika Komitəsi bildirir ki, 2011-ci ilin yanvar-iyul aylarında istehlak bazarının dinamik inkişafı davam etmişdir. Ölkənin ticarət və xidmət şəbəkələrində əhaliyə 11,6 milyard manatlıq və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çox istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir.

Hesabat dövründə əhalinin alıcılıq qabiliyyəti yüksəlmiş, hər bir ölkə sakini orta hesabla ayda 183,3 manatlıq müxtəlif istehlak malları almış və pullu xidmətlərdən istifadə etmişdir. İstehlak bazarı üzrə real artımın 74,6 faizi pərakəndə ticarət, 4,3 faizi iaşə fəaliyyətinin, 21,1 faizi əhaliyə göstərilən pullu xidmətlərin hesabına təmin edilmişdir.

2011-ci ilin yeddi ayında özəl sektorun dinamik inkişafı davam etmiş, özəl müəssisələrdə əhaliyə satılmış istehlak mallarının və göstərilmiş xidmətlərin həcmi 10,1 faiz artaraq 10,8 milyard manata bərabər olmuşdur. Ticarət və xidmət fəaliyyəti üzrə ümumi artımın 98,4 faizi özəl sektorun müəssisələrində yaranmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə əhaliyə 3,4 milyard manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 7,7 faiz çox istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir.

Yanvar-iyul aylarında pərakəndə ticarət və iaşə müəssisələri üzrə əmtəə və xidmətlərin satışı 2010-cu ilin eyni  dövrünün səviyyəsini 10 faiz üstələyərək 8,9 milyard manata bərabər olmuşdur. Ümumi artımın 94,5 faizi pərakəndə ticarət müəssisələrinin, 5,5 faizi iaşə müəssisələrinin fəaliyyəti sayəsində yaranmışdır.

Pərakəndə ticarət və iaşə şəbəkələrində hər bir ölkə sakininə orta hesabla ayda 140,1 manatlıq və ya 2010-cu ilin eyni dövründəkindən 22,6 manat çox müxtəlif əmtəə və xidmətlər realizə edilmişdir.

Yanvar-iyul aylarında özəl müəssisələr üzrə pərakəndə ticarət və iaşə dövriyyəsinin ümumi həcmi 8819,4 milyon manat, yaxud 2010-cu ilin müvafiq dövrünə nisbətən 10,1 faiz çox olmuşdur.

Pərakəndə ticarət və ictimai iaşə şəbəkələrində əhaliyə satılmış ərzaq məhsullarının həcmi 2,5 faiz artaraq 5521,3 milyon manat, qeyri-ərzaq mallarının həcmi 28,7 faiz artaraq 3352,5 milyon manata bərabər olmuşdur. Ərzaq məhsullarının həcminin 95 faizi pərakəndə ticarət şəbəkəsində realizə olunmuşdur. Pərakəndə ticarət dövriyyəsinin həcmində ərzaq və qeyri-ərzaq mallarının xüsusi çəkiləri müvafiq olaraq 61 və 39 faiz təşkil etmişdir. İctimai iaşə müəssisələrində əhaliyə 273,8 milyon manatlıq aşpazlıq və kulinariya emalından keçmiş şəxsi istehsal məhsulları satılmışdır.

Hər bir ölkə sakini orta hesabla ayda pərakəndə ticarət müəssisələrindən 82,9 manatlıq ərzaq, 52,9 manatlıq qeyri-ərzaq malları almış, iaşə müəssisələrində 4,3 manatlıq xidmətlərdən istifadə etmişdir.

Pərakəndə əmtəə dövriyyəsinin artım tempi ölkənin bütün regionlarında müşahidə olunmuş, 2011-ci ilin birinci yarısında əvvəlki ilin müavifq dövrünə nisbətən artım sürəti Dağlıq Şirvan iqtisadi rayonu üzrə 20,9, Naxçıvan iqtisadi rayonu üzrə 17,9, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 12,9, Gəncə-Qazax iqtisadi rayonu üzrə 12,5, Aran iqtisadi rayonu üzrə 12, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 11,4, Lənkəran iqtisadi rayonu üzrə 8, Abşeron iqtisadi rayonu üzrə 7,9, Bakı şəhəri üzrə 7,7, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 6,9 faiz təşkil etmişdir.

Pərakəndə ticarət şəbəkəsində əhaliyə 8600 milyon manatlıq və ya əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 9,6 faiz çox əmtəə satılmışdır. Real artımın 71,2 faizi hüquqi şəxs statuslu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrinin, 28,8 faizi yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranmışdır.

Pərakəndə ticarət dövriyyəsinin tərkibində qeyri-dövlət müəssisələrinin xüsusi çəkisi 99,4 faiz olmuş, bu müəssisələrdən əhali 8552 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz çox istehlak malları almışdır.

Yeddi ayda iaşə dövriyyəsi üzrə real artımın 30,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 69,5 faizi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların iaşə müəssisələrində yaranmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 10,6 faiz üstələyərək 142,3 milyon manata çatmışdır.

2011-ci ilin yanvar-iyul aylarında istehlakçılara (ixrac da daxil olmaqla) 3,5 milyon ton neft məhsulları göndərilmişdir. Bunun 68,6 faizi daxili bazarın tələbatının ödənilməsinə yönəldilmiş, 31,4 faizi isə ixrac olunmuşdur. Neft məhsullarının 36,8 faizini dizel yanacağı, 20,3 faizini avtomobil benzini, 9,9 faizini aviasiya və s. üçün ağ neft, 4 faizini mazut yanacağı, 3,9 faizini maye qazlar, 3,8 faizini neft bitumu, 1,6 faizini sürtkü yağları, 19,7 faizini isə digər məhsullar təşkil etmişdir.

Hesabat dövründə ölkə  istehlakçılarına 2,4 milyon ton, yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,1 faiz çox neft məhsulları göndərilmişdir. 2010-cu ilin eyni dövrü ilə müqayisədə istehlakçılara mazut yanacağı istisna olmaqla, digər neft məhsullarının göndərilməsi artmışdır.

2011-ci ilin yanvar-iyul aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin eyni  dövrünün səviyyəsini 8,1 faiz üstələyərək 2,7 milyard manata çatmışdır. Artımın 66,1 faizi hüquqi şəxslərin müəssisələrində yaranmış və bu müəssisələrdə əhaliyə 2,1 milyard manatlıq və ya 6,8 faiz çox pullu xidmətlər göstərilmişdir. Hər bir ölkə sakini orta hesabla ayda 43,2 manatlıq və ya 4,4 manat çox müxtəlif pullu xidmətlərdən istifadə etmişdir.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM