07:08 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əfqanıstanda qarşıdurmanın sonu görünmür

ANA SƏHİFƏ / DÜNYA
00:51 06.08.2021

 

Əfqanıstandan məyusedici xəbərlər daxil olmaqda davam edir. Ölkənin bir çox əyalətlərində hökumət qüvvələri ilə taliblər arasında qanlı toqquşmalar səngimək bilmir. Bu səbəbdən son 3 ay ərzində 1 milyona yaxın əfqanıstanlı öz evlərini tərk etmək məcburiyyətində qalmışdır.

Müstəqil insan hüquqları komissiyasının məlumatına görə, məcburi köçkünlərin ən böyük axını Əfqanıstanın şərqində yerləşən Nənqərhar vilayətindəndir. Ev-eşiklərini tərk etmiş sakinlərin təxminən 10 faizi açıq səma altında yaşayır. Rəsmi Kabil məcburi köçkünlərə yardım etməkdə çətinlik çəkir. Humanitar vəziyyət pisləşir. Bunun qarşısını almaq üçün  hökumət qüvvələri və “Taliban” dərhal hərbi əməliyyatları dayandrımalı və atəşkəs rejiminə riayət etməlidir.

Son günlər məcburi köçkünlərin fəal axını həm də taliblərin ələ keçirmək istədikləri İranla sərhəddə yerləşən Herat şəhəri rayonundan qeydə alınır. Ölkənin cənubunda yerləşən Gilmənd əyalətinin inzibati mərkəzi Ləşkərgah şəhərində atışma episentrinə düşməmək üçün yüzlərlə ailə isə evlərindən çıxa bilmir.  BMT-nin Əfqanıstana kömək üzrə missiyası (UNAMA) Gilmənddə döyüş əməliyyatları zamanı 40 dinc sakinin həlak olduğunu bildirmişdir. Daha 118 dinc vətəndaş xəsarət almışdır. Bildirilir ki, tərəflər dinc sakinlərin həyatını müdafiə etməsə, bu, böyük faciəyə gətirib çıxaracaq.

Artıq bir həftədir Qəndəharda, Gilmənddə və Heratda qanlı toqquşmalar davam edir. Taliblər adıçəkilən əyalətlərin qubernatorlarının administrasiya binalarının bir neçə metrliyində olduqlarını bəyan edirlər. Böyük itkilər vermələrinə baxmayaraq, onlar geri çəkilmirlər.

Hazırda taliblər taktiki olaraq Özbəkistan və Tacikistanla sərhədə tam nəzarət edirlər. Özbəkistana əsas ticarət marşrutunun üstündə  yerləşən “Xeyratan” nəzarət-keçid məntəqəsi iki tərəfdən taliblərin mühasirəsindədir. Onlar həmçinin Əfqanıstanın cənub-qərbində yerləşən Qəzni əyalətində də hücumlar edirlər.

Taliblər terror aktlarından da əl çəkmirlər. Son məlumata görə, Kabildə Şir Pur rayonunda Əfqanıstanın müdafiə naziri Bismillah Məhəmmədinin evinin yaxınlığında törədilmiş partlayış nəticəsində 8 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır. Bu barədə jurnalistlərə xəbər verən Daxili İşlər Nazirliyinin mətbuat katibi Mirveys Stanekzayın dediyinə görə, terrorçulardan biri nazirin evi yaxınlığında minalanmış avtomobili partlatmışdır. Bundan sonra digər 4 terrorçu yaxınlıqdakı başqa evə soxularaq atəş açmağa başlamışdır. Gecə saatlarında hücum edənlər zərərsizləşdirilmişdir. Nazir və onun ailəsi zərər çəkməmişlər. Hadisə rayonundan onlarla mülki şəxs təxliyə edilmişdir. O da bildirilir ki, terror zamanı Məhəmmədinin evində digər əyalətlərdən bir neçə yüksək-vəzifəli məmur olmuşdur.

Beləliklə, Əfqanıstanda qanlı qarşıdurma davam edir və təəssüf ki, bunun sonu görünmür.

 

Rizvan CƏFƏROV,

Azərbaycan



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM