02 Dekabr 2011 12:12
383
Mədəniyyət
A- A+

Ədəbi və musiqili səyahət

 

Azərbaycanın müstəqilliyinin 20 illiyinin beynəlxalq aləmdə də qeyd edilməsi onun inkişafının və Avropaya inteqrasiyasının göstəricilərindəndir. Son vaxtlar bu istiqamətdə həyata keçirilən tədbirlər silsilə xarakteri daşıyır. Almaniyanın Blankenheim şəhərində fəaliyyət göstərən "Alte Kanzlay" cəmiyyətinin təşəbbüsü ilə 300 illik tarixi olan qəsrin konsert salonunda Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr edilmiş "Azərbaycana  ədəbi və musiqili səyahət" adlı tədbir keçirilib. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi və Almaniya-Azərbaycan Forumunun birgə əməkdaşlığı ilə təşkil edilmiş gecədə adıçəkilən cəmiyyətin sədri Frider Füllers, təşkilatın üzvü Volker Klayn çıxış ediblər. AAKM-in direktoru Samira Patzer-İsmayılova ölkəmiz haqqında ətraflı məlumat verib.

Gecənin musiqili hissəsində Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov və T.Quliyevin əsərləri səsləndirilib. Dahi Nizami Gəncəvinin, Rəsul Rzanın və Mirvarid Dilbazinin əsərlərinə bəstələnmiş mahnı və ariyaları opera müğənnisi, maestro-soprano Silke Hartsang Azərbaycan dilində məharətlə ifa edib. Köln Ali Musiqi Məktəbinin dosenti  Elnarə İsmayılovanın fortepianoda solo çıxışı xüsusilə yaddaqalan və alqışlara səbəb olub.

 

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video