13:18 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Düşənbədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən «Azərbaycanın yeni tarixində dərin iz qoyan insan» kitabı rus və ingilis dillərində nəşr olunmuşdur
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
02:12 13.12.2011

 

Azərbaycanın Tacikistandakı səfirliyinin dəstəyi ilə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycanın yeni tarixində dərin iz qoyan insan" kitabı rus və ingilis dillərində çap olunmuşdur.

Kitabın təqdimat mərasimində Tacikistanın Xarici İşlər Nazirliyinin, Düşənbədə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların əməkdaşları, Azərbaycan diasporunın fəalları, elm, mədəniyyət xadimləri, ziyalılar və kütləvi informasiya vasitələri nümayəndələri iştirak etmişlər.

Azərbaycanın Tacikistandakı müvəqqəti işlər vəkili İlham Zamanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yolu və fəaliyyəti haqqında geniş məlumat vermiş, ulu öndərin dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsində müstəsna xidmətlərindən söhbət açmışdır. O demişdir ki, Heydər Əliyev sözün əsl mənasında Azərbaycanın yeni tarixini yazmışdır və bu böyük siyasətçini müasir Azərbaycan dövlətinin memarı və qurucusu adlandıranlar heç də səhv etmirlər.

Tədbirdə çıxış edənlər Heydər Əliyevi dünya şöhrətli siyasətçi kimi xarakterizə etmiş, onu fenomen şəxsiyyət adlandırmışlar.

Bildirilmişdir ki, kitab Tacikistanın Xarici İşlər Nazirliyi və digər dövlət qurumları, səfirlik və beynəlxalq təşkilatlar, ziyalılar, Azərbaycan diasporunun üzvləri, KİV nümayəndələri arasında yayılmışdır. 

Sonda ulu öndər haqqında sənədli film nümayiş etdirilmişdir.

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

 

Düşənbə



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM