05:49 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünyanın ən bahalı dondurmaları

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:18 29.08.2021

 

Dünyanın ən bahalı deserti ABŞ-ın Nyu-York şəhərindəki  “Serendipity” restoranının menyusuna daxil edilib.  2007-ci ilin 7 noyabrında ən bahalı desert kimi restoranın menyusuna əlavə edilən “Frrrozen Haute Chocolate” dondurma desertinin qiyməti 25.000 dollar olub. Dondurma  dünyanın ən bahalı 14 kakaosu olmaqla, ümumilikdə 28 növ müxtəlif kakaolardan və qızıldan istifadə edilməklə hazırlanıb. Desert qida üçün yararlı olan 23 karatlıq qızılla bəzədilib. O, yeməli qızılla əhatələnmiş bir qədəhdə servis edilib. Dondurmanın üzərində 1 karat ağ brilliant olan bilərzik olub. Dondurma qızıl qaşıqla yeyilib, qaşıq özü də ağ və şokolad rəngli brilliantlarla bəzədilib.

Dünyanın ən bahalı dondurmasının daha sonra 2015-ci ildə Dubaydakı “Scoopi Cafe”də müştərilərə təklif edildiyi açıqlanıb.

'Black Diamond' (“Qara almaz”) adı ilə müştərilərə təqdim edilən dondurma Madaqaskar vanilindən, İran zəfəranından, İtalyan trüfelindən və 23 karatlıq yeməli qızıl pulcuqlardan hazırlanıb. Desert “Versace” qabı və qaşığı ilə servis edilərək süfrəyə verilib. Üzərinə qızıl pulçuqlar səpələnmiş dondurmanın bir topunun qiyməti 817 dollar olub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM