07:40 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
01:40 13.04.2021

70 zirvəsi


01:34 13.04.2021

Banansız dünya


01:32 13.04.2021

BİLDİRİŞ


01:32 13.04.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünyanı dəyişən qadınlar

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:48 07.03.2021

 

Adətən qadınlara ev, məişət qayğılarını yerinə yetirən, uşaqların qulluğunda durub tərbiyəsi ilə məşğul olan bir insan kimi yanaşılır. Elə düşünülür ki, elmi, mədəni, yaradıcı fəaliyyətlər, yeni ixtiralar yalnız kişilərə xas ola bilər. Halbuki tarixdə elə faydalı kəşflər var ki, onlara məhz qadınlar imza atıb. O kəşflər ki dünyanın gərdişini dəyişib, insanların yaşam tərzini asanlaşdırıb. Kompüter proqramlarından qabyuyan maşına qədər gündəlik istifadə etdiyimiz əşyaların və elmi ixtiraların müəllifləri olan ixtiraçı qadınlarla tanış olun.

Qreys Hopper: ABŞ Donanmasının admiralı Qreys Hopper İkinci Dünya müharibəsindən sonra Harvard Universitetində apardığı araşdırmalar nəticəsində ilk böyük ölçülü kompüter olan “IBM-Harvard Mark 1” üzərində işləmək tapşırığı alır. Az keçmədən onun adı kompüter  proqramlaşdırmasında ön sırada çəkilməyə başlanır. 1952-ci ildə o, söz halında olan təlimatları kompüterlərin oxuya biləcəyi kod halına salaraq ilk kompilyatoru yaradır. Bu kəşf proqramlaşdırmanı sürətli etməklə yanaşı, onların işləkliyinə müsbət təsir edir və  İT sahəsində inqilab hesab olunur.

Hopper həmçinin alətinin içindən güvəni təmizlədikdən sonra işlətdiyi “cücüdən təmizləmə” (de-bugging) ifadəsini məşhurlaşdırıb. Onu “kompüterin anası” da adlandırırlar.

“Amazing Grace” (valehedici Qreys) donanmada xidmət edən ən yaşlı zabit kimi 79 yaşında təqaüdə çıxana qədər kompüterlərlə işləyib.

Hedi Lamer: II Dünya müharibəsi zamanı gizli rabitə sistemində inqilabi yeniliklər edib. Onun ilk dəfə olaraq tətbiq etdiyi üsul kodların düşmən kəşfiyyatı tərəfindən sındırılmasının qarşısını alıb.

Ellen Oşoa: İxtisasca astronavt olan Ellen Oşoa robot texnologiyasını təkmilləşdirən ilk şəxslərdəndir.  O, robot texnologiyasını kəşf etdiyi optik analiz sistemləri ilə inkişaf etdirib.

Olqa D Gonzalez-Sanabria: Əslən Puerto-Rikodan olan bu xanım Beynəlxalq Kosmik Stansiyanı enerji ilə təmin edən uzun müddətli nikel-hidrogen batareyasını kəşf edib. O, bu texnologiyanı 1980-ci illərdə yaradıb. Hazırda NASA-nın Glenn Tədqiqat Mərkəzinin mühəndislik üzrə müdiridir.

Stefani Kvuolek: Bu kimyaçı 1965-ci ildə güllə keçirməyən jilet və bədən zirehi üçün istifadə olunan yüngül fibranı ixtira edib. Onun kəşfindən sonra dəmirdən beş dəfə güclü olan bu material milyonlarla həyatı xilas edib və hər gün minlərlə insan tərəfindən işlədilir. Materialdan rezin əlcəklər, mobil telefonlar, təyyarələr və asma körpülərin hazırlanmasında istifadə olunur.

Sara Meter: Bu qadın sualtı qayıqlar üçün periskop ixtira edib. 1845-ci ildə patentləşdirilən bu cihazın köməyi ilə müşahidə edilən obyektlər arasındakı məsafə təyin olunur.

Şirley Ann Cekson: O, Massaçusetts Texnologiya İnstitutunda fəlsəfə doktoru dərəcəsini qazanan və yüksək səviyyəli tədqiqat universitetinə rəhbərlik edən ilk Afrika-Amerika əsilli qadındır. 1970-ci illərdə apardığı araşdırma zəng edənin kimliyinin müəyyənləşdirilməsinə və zəng gözləmənin yaranmasına səbəb olub. Onun telekommunikasiya üzrə nailiyyətləri portativ faks, fiber optik kabellər və günəş batareyalarının ixtirasına yol açıb.

Meri Anderson: Bu gün avtomobillərin ön şüşəsini yağış, qar və çirkdən təmizləyən şüşə silən fırçanın da ideya müəllifi qadın olub. Meri Anderson adlı xanım ilk dəfə maşınlar üçün bu cür qurğu düşünüb.

1903-cü ilə qədər sürücülər yağış və qar yağanda hər küçənin başında dayanıb şüşələrini silmək məcburiyyətində idilər. Meri Anderson məhz həmin il rezin ülgücün rəsmini cızır və maşınlar üçün şüşəsilən icad edir. Lakin “sürücülərin diqqətini dağıdır” bəhanəsi ilə 10 il kəşfi üçün patent ala bilmir. Şüşəsilənlər maşınlar üçün standart hesab olunduqdan sonra belə Anderson ixtirasından pul qazanmayıb.

Həmin silginin elektrikli variantını da 1917-ci ildə yenə bir qadın ixtira edib.

Josefina Kokreyn: Tez-tez şənliklər təşkil edən Kokreyn çini qablarının qulluqçular tərəfindən sındırılmasından bezir və qabyuyan maşın hazırlayır. Onun mis qazan içindəki təkəri fırladan mühərrikli maşını yüksək təzyiqli su ilə işləyən ilk avtomatik qabyuyan olub. Həmin dövrdə evlərə isti su gəlməsə də, Kokreyn icadını restoranlara və hotellərə sata bilir. Kokreynin əyyaş əri ölümündən sonra ona böyük məbləğli borclar qoyur. Bu, Josefinanı 1886-cı ildə kəşfini patentləşdirməyə sövq edir və o, öz zavodunu açır.

Patrisiya Bas: Avropada yaşayan zənci qadın Patrisiyanın kəşfi tibb aləmində, xüsusən də cərrahllıqda  əsl inqilab idi. Bu xanım ilk dəfə olaraq katarakta əməliyyatlarında yeni metoddan -  lazer üsulundan istifadə edib və 1988-ci ildə patent alan ilk afro-amerikan qadın həkim olub.

Ann Tsukamoto: Kök hüceyrəsi izolyasiyasının patentini 1991-ci ildə alıb. Həmin ildən bu yana Tsukamotonun işi xərçəng xəstələrinin qan sistemini anlamaqda böyük rol oynayır və həllinə də yol aça bilər. O, hazırda kök hüceyrəsinin böyüməsi üzrə başqa bir tədqiqat aparır və yeddidən çox ixtiranın ortaq patentçisidir.

Tabita Babbitt:  O, iki  kişinin mişarı irəli-geri çəkməklə necə ağac kəsməyinə uzun müddət tamaşa edir. Bu zaman hər iki kişinin üzərinə eyni dərəcədə yük düşdüyünü görür. Taxta yalnızca mişar irəli çəkildikdə kəsilirdi, yəni mişarı geri çəkdikdə taxta ilə heç nə baş vermirdi. Babbitt belə düşünür ki, bu mişarlar boşa enerji sərfidir. Beləliklə, 1813-cü ildə yuvarlaq mişar, dairəvi mişar icad edir. Artıq nəsə kəsəndə ikinci adama ehtiyac qalmırdı. Bu icad sonradan meşə sənayesində istifadə olunsa da, Babbit onun patentini almır.

Nadejda Kojina: 1873-cü ildə rusiyalı Nadejda Kojina Vyanada keçirilən ümumdünya sərgisində ət konservlərinin hazırlanma üsulunu təqdim edir və buna görə medalla təltif edilir.

Marion Donovan: ABŞ-dan olan bu xanım illərdir bütün uşaqlı ailələrdə istifadə olunan, anaların “xilası” sayılan uşaq bezlərini kəşf edib. Donovan 1949-cu ildə uşaqları bişməcə olmağa qoymayan “Boaters” adlı bezi kəşf edir. Sonradan icadını daha da təkmilləşdirərək 1961-ci ildə birdəfəlik uşaq bezləri olan “Pampers”I yaradır.

Mariya Telkes: Macarıstanda doğulmuş biofizik Telkes evlərdə günəş enerjisi ilə isitmə sisteminin ixtiraçısıdır. 1925-ci ildə Amerika vətəndaşlığı alan Telkes Vestinqhaus elektrik şirkətində mühəndis kimi işləyib. Fizika sahəsində bir çox uğurlara imza atan Mariya bu uğurlara görə ölkəsi Macarıstanın sərhədlərini aşa bilib.

Elis H. Parker: Mərkəzi isitmə sisteminin ixtiraçısı Parker 1919-cu ildə Amerikadan patent almaq üçün müraciət edib. Bu sistem sayəsində binalara istilik verilib.

Marta Koston: Heç bilirdinizmi bu gün təntənəli günlərdə, bayramlarda havaya atdığımız, müxtəlif rənglərlə gözəl görüntü yaradan fişəngləri qadın icad edib? Bəli, bunun da ixtiraçısı qadındır - Marta Koston.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM