01 May 2018 12:05
3840
Turizm
A- A+

Dünyada turistlərin sayının 40 faizdən çoxu Avropaya düşür

Avropa turistlər üçün ən cəlbedici qitə kimi qalır. Keçən il Avropa İttifaqı ölkələrinə 538 milyon turist səfər edib. Bu, əvvəlki ildəki ilə müqayisədə 8 faiz çoxdur.

Dünya Turizm Təşkilatının (DTT) rəhbəri Zurab Pololikaşvili Aİ ilə tərəfdaşlıq şəraitində hazırlanmış yeni məruzənin dərc edilməsi ilə əlaqədar deyib: “Turizm sahəsində davamlı artım Avropada və bütün dünyada bir sıra ölkələrin iqtisadi dirçəlişinə şərait yaradıb və iş yerlərinin sayının artması ilə nəticələnib”.

AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla bildirir ki, 2016-cı ildə Avropa ölkələri turistlərin hesabına 342 milyard dollar qazanc əldə ediblər. Bu, turizm sahəsində dünya üzrə orta gəlirdən 30 faiz çoxdur. Avropa İttifaqı ölkələrinin sakinləri səyahətlər üçün özlərinin xərclədikləri ilə müqayisədə əcnəbi turistlər hesabına daha çox vəsait əldə ediblər. Belə ki, həmin müddətdə Aİ ölkələrindən olan turistlər xaricdə 315 milyard ABŞ dolları xərcləyiblər.

Hazırda Avropa İttifaqında tamamilə və ya qismən turizm ilə məşğul olan iki milyondan çox şirkət fəaliyyət göstərir. Bu şirkətlərdə 12 milyon insan çalışır. Aİ ölkələri 30 milyondan çox turisti gecələmək üçün yer ilə təmin edə bilir. Avropa İttifaqının üzvü olan bəzi ölkələrdə ÜDM-də turizm sənayesinin payı 11 faizə çatır.

Zurab Pololikaşvili vurğulayıb ki, turizm Avropa İttifaqında iş yerləri yaradılması və davamlı artımın təmin edilməsi strategiyasının mühüm tərkib hissəsidir. O, əmin olduğunu bildirib ki, Avropa İttifaqı ilə Dünya Turizm Təşkilatının sıx tərəfdaşlığı bu sektorun möhkəmlənməsinə şərait yaradacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video