01 Sentyabr 2021 15:49
805
DÜNYA
A- A+

Dünyada təbii fəlakətlərin sayı son 50 ildə beş dəfə artıb

 

Dünyada iqlim şəraitindən, əsasən də planetdə orta temperaturun yüksəlməsindən qaynaqlanan təbii fəlakətlərin sayı 1970-ci ildən 2019-cu ilədək olan dövrdə beş dəfə artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının məruzəsində yer alıb.

“Hava, iqlim və hidroloji amillərlə bağlı ekstremal halların miqdarı artır və onlar dünyanın bir çox yerlərində iqlim dəyişikliyi nəticəsində daha tez-tez baş verir, daha sərt olur”, - təşkilatın baş katibi Petteri Taalasın bəyanatında belə deyilir.

Məruzədə bildirilir ki, 1970-ci ildən sonrakı dövrdə 2 milyondan çox insanın ölümünə səbəb olan və iqtisadiyyata 3,64 trilyon dollar həcmində zərər vuran 11 mindən çox təbii fəlakət qeydə alınıb. Eyni zamanda, ölüm hallarının 91 faizi inkişaf etməkdə olan ölkələrin payına düşüb. Quraqlıqla bağlı ölənlər daha çoxdur – təxminən 650 min nəfər. Fırtınalar 577 min nəfərin, daşqınlar 59 minə yaxın insanın, anomal istilər isə 56 minədək insanın həyatına son qoyub.

Məruzəyə əsasən, təbii fəlakətlər nəticəsində iqtisadi itkilərin artımı da qeydə alınıb. Əgər 1970-ci ildə ziyan gündə 49 milyon dollar təşkil edirdisə, 2010-2019-cu illərdə bu göstərici artaraq 383 milyon dollara çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video