03:45 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünyada qızılın qiyməti artır
ANA SƏHİFƏ / DÜNYA
22:19 14.10.2021

 

Dünya birjalarında qızılın qiyməti artmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün səhər Frankfurt birjasında qızılın 1 Troya unsiyasının qiyməti qısa müddətdə təqribən 2 faiz artaraq 1796 ABŞ dollarına çatıb. Bu, son üç ayda maksimum göstəricidir. Xatırladaq ki, Troya unsiyası 31,1 qrama bərabərdir.

Ekspertlər qızılın qiymətinin artmasını əksər ölkələrdə dövlət istiqrazlarının cəlbediciliyinin azalması ilə əlaqələndirirlər. Həmin istiqrazların gəlirinin aşağı olması nəticəsində qiymətli metal investorlar üçün daha cəlbedici olur. Təhlükəsiz hesab edilən dövlət istiqrazları ilə müqayisədə qızıl daha etibarlı yığım vasitəsinə çevrilir. İnvestorlar qızılı yüksək inflyasiyadan müdafiə olunmaq üçün demək olar ki, zəmanətli vasitə hesab edirlər.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu G7 (Böyük Yeddilik) ölkələrində qiymətlərin spiralvarı dəyişəcəyi barədə xəbərdarlıq edib və mərkəzi bankları inflyasiyanın artmasını çox diqqətlə izləməyə çağırıb.

Almaniya Federativ Respublikası Avropa İttifaqında aparıcı iqtisadiyyata malik ölkə hesab edilir. Ölkənin, habelə Avropa Bankının əsas qızıl ehtiyatları Frankfurtda saxlanılır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM