13 Avqust 2021 01:03
509
Səhiyyə
A- A+

Dünya şöhrətli azərbaycanlı həkimlər Bakı Sağlamlıq Mərkəzində Vətən müharibəsi qazilərini müayinə edirlər

 

Səhiyyə Nazirliyi və “YAŞAT” Fondunun təşkilati dəstəyi ilə dünya şöhrətli azərbaycanlı həkimlər öz təşəbbüsləri ilə Vətən müharibəsi qazilərinin tibbi müayinəsini aparırlar.

Nazirliyin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 12-dən 14-dək Danimarkanın Kopenhagen Universitetinin professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin prezidenti Məsud Aşina, ABŞ-ın Harvard Universiteti Tibb Məktəbinin dosenti, Boston şəhərində yerləşən Başağrısı Mərkəzinin direktoru Səid Aşina və Kopenhagen Universitetinin Başağrısı və Nevrologiya Mərkəzinin elmi işçisi Xəqan Aşina Bakı Sağlamlıq Mərkəzində Vətən müharibəsi iştirakçılarını tibbi müayinədən keçirir və onlara lazımi tibbi yardım göstərirlər.  Onu da qeyd edək ki, professor Məsud Aşina uzun illər Azərbaycandan uzaqda yaşasa da, ölkəmizlə əlaqəni heç vaxt kəsməyib. Azərbaycanın diaspor təşkilatları ilə sıx əlaqədə olaraq hər zaman xalqa dəstəyini göstərib. Prezident İlham Əliyevin sərəncamı ilə o, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü təyin edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video