15 Oktyabr 2021 00:42
651
İQTİSADİYYAT
A- A+

Dünya indi də Qarabağın  sürətlə dirçəldilməsinə  şahidlik edir


Vətən müharibəsində şiddətli döyüşlərin getdiyi yerlərdən biri də Hadrut idi. Elə ermənilərin məğlubiyyətlərini ən çox gizlətmək istədikləri də bu döyüş olmuşdur. Çünki həmin ərazinin kimdə olması müharibədə üstünlüyün hansı tərəfdə olması demək idi. Bu səbəbdən də işğalçılar hər vəchlə Hadrut məğlubiyyətlərini gizlətmək, dezinformasiya yaymaqla erməni cəmiyyətini sakitləşdirmək istəyirdilər.

Prezident İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bu barədə ətraflı danışdı. Dövlət başçısı bildirdi ki, düşmənin yalanlarına son qoymaq məqsədilə Hadrut qəsəbəsində Azərbaycan bayrağının dalğalandırılması göstərişini vermişdir. Bu qərardan sonra Ermənistan rəsmən Hadrut qəsəbəsinin Azərbaycan tərəfindən azad edildiyini etiraf etməyə məcbur olmuşdur.

Prezident rayon ictimaiyyəti ilə görüşdə tarixdən məlum olan faktı bir daha bəyan etdi: ermənilər tarixi saxtalaşdıraraq dünyaya bəyan edir ki, onlar keçmiş Dağlıq Qarabağ ərazisində əsrlər boyu yaşamışlar. Lakin dövlət başçısının dediyi kimi, ermənilər XIX əsrdə İran ərazisindən buraya çar Rusiyası tərəfindən köçürülüb. Onlar Qarabağda buna abidə də qoymuşdular. Prezident bu faktı bir daha xatırlatmaqla işğalçıların havadarlarına bildirmək istəyir ki, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə nə tarixi, nə də hüquqi haqları var. Məlumdur ki, ermənilər bir çox ölkələrdə yaşasalar da, onların heç bir siyasi, inzibati və hüquqi özünüidarəetmə qurumu yoxdur. Bu üzdən başqa dövlətlərin, eləcə də beynəlxalq təşkilatların Azərbaycandan belə bir avtonom da olsa, inzibati ərazinin yaradılması tələbi əsassızdır.

Dövlət başçısı görüş zamanı ermənilərin qurucu deyil, dağıdıcı xalq olduğunu da vurğulamışdır. Bildirmişdir ki, ermənilər 30 il Hadrutu işğal altında saxlasa da, daş üstünə daş qoymayıblar, qəsəbədə infrastruktur və yaşayış evləri bərbad vəziyyətdədir.

Bu gün isə işğaldan azad edilən ərazilərdə, o cümlədən Hadrutda nəhəng bərpa-quruculuq işləri aparılır. Dövlət başçısı səfər zamanı belə işlərin biri - Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış oldu. Prezidentə məlumat verildi ki, çəkilən avtomobil yolları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında, bölgənin yenidən qurulmasında, yerli sakinlərin qayıdışından sonra onların rahatlığının təmin edilməsində mühüm rol oynayacaq.

Bölgənin enerji təminatında yeni tikiləcək “Hadrut” qovşaq yarımstansiyasının da xüsusi əhəmiyyəti olacaq. Belə ki, “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyalarının arasında yaradılmış 35 kilovoltluq dairəvi elektrik təchizat sisteminə daxil olan yeni yarımstansiya Hadrut qəsəbəsində müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq. Köhnə yarımstansiyanın əvəzinə tikiləcək müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərinin elektrik təchizatının etibarlığını və dayanıqlığını da təmin edəcək.

Hadrutda həmçinin əhalinin rahat yaşaması və işləməsi üçün hər cür şərait yaradılacaq. Qəsəbənin bərpası üçün işlənəcək baş planda bunlar öz əksini tapacaq. Hadrut qəsəbəsinin də daxil olduğu Xocavənd rayonunda kənd təsərrüfatının inkişafı prioritet istiqamət olacaq. Burada bitkiçilik, heyvandarlıq, üzümçülük bərpa ediləcək. Digər tərəfdən rayonun zəngin təbiəti, qədim Azıx və Tağlar mağaraları burada turizmin inkişafına böyük imkanlar yaradır. Bir sözlə, yaxın bir müddətdə Xocavənd rayonu Qarabağın abad və dilbər güşələrindən birinə çevriləcək.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video