01 Aprel 2021 09:52
623
İDMAN
A- A+

Dünya çempionatının seçmə mərhələsində III tura yekun vurulub  

 

Martın 31-də dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində III tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun ikinci oyun günündə 6 qrupda 15 qarşılaşma keçirilib.

"B” qrupunda İspaniya millisi öz meydanında Kosovonı seçməsini məğlub edib - 3:1.

Yunanıstan yığması və Gürcüstanı millisinin arasında oynanılan görüşdə qalib müəyyənləşməyib - 1:1.

Gecənin ən gözlənilməz hesabı “J” qrupunda qeydə alınıb. Almaniya millisi öz meydanında Şimali Makedoniyaya 2:1 hesabı ilə məğlub olub.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

B qrupu

Yunanıstan - Gürcüstan - 1:1;

İspaniya - Kosovo - 3:1.

Xal durumu: İspaniya - 7, İsveç - 6, Yunanıstan - 2, Gürcüstan - 1, Kosovo - 0.

C qrupu

Litva - İtaliya - 0:2;

Şimali İrlandiya - Bolqarıstan - 0:0.

Xal durumu: İtaliya - 9, İsveçrə - 6, Şimali İrlandiya - 1, Bolqarıstan - 1, Litva - 0.

D qrupu

Bosniya və Herseqovina - Fransa - 0:1;

Ukrayna - Qazaxıstan - 1:1.

Xal durumu: Fransa - 7, Ukrayna - 3, Finlandiya - 2, Bosniya və Herseqovina - 1, Qazaxıstan - 0.

F qrupu

Şotlandiya - Farer adaları - 4:0;

Avstriya - Danimarka - 0:4;

Moldova - İsrail - 1:4.

Xal durumu: Danimarka - 9, Şotlandiya - 5,

Avstriya - 4, İsrail - 4, Farer adaları - 1, Moldova - 1.

I qrupu

San Marino - Albaniya - 0:2;

Andorra - Macarıstan - 1:4;

İngiltərə - Polşa - 2:1.

Xal durumu: İngiltərə - 9, Macarıstan - 7, Albaniya - 6, Polşa - 4, Andorra - 0, San Marino - 0.

J qrupu

Ermənistan - Rumıniya - 3:2;

Lixtenşteyn - İslandiya - 1:4;

Almaniya - Şimali Makedoniya - 1:2.

Xal durumu: Ermənistan - 9, Almaniya - 6, Şimali Makedoniya - 6, Rumıniya - 3, İslandiya - 3, Lixtenşteyn - 0.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video