17 Noyabr 2011 04:11
357
İQTİSADİYYAT
A- A+

Dünya Bankı ilə növbəti kredit layihəsinə dair saziş imzalanmışdır

 

AzərTAc xəbər verir ki, noyabrın 16-da Azərbaycan Respublikası ilə Dünya Bankı arasında "Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi" layihəsi üzrə kredit sazişi imzalanmışdır. Sənədi Azərbaycan tərəfdən Baş nazirin müavini Əli Həsənov, Dünya Bankı tərəfdən isə bu qurumun ölkə üzrə rəhbərinin nümayəndəsi Səidə Bağırlı imzalamışlar. Layihə çərçivəsində ayrılan vəsaitin məbləği 78 milyon 400 min dollardır.

İmzalanmadan əvvəl Əli Həsənov layihə barədə məlumat verərək bildirmişdir ki, bu, tərəflər arasında bağlanan üçüncü müvafiq sazişdir.

Əli Həsənov qeyd etmişdir ki, bu gün imzalanan saziş üzrə ayrılan vəsaitin 50 milyon dolları Dünya Bankı, 28,4 milyon dolları isə Azərbaycan Hökumətinə aiddir. Vəsait 4 istiqamətdə xərclənəcəkdir. Buraya ilk növbədə məcburi köçkünlərin yığcam yaşadıqları ərazilərdə infrastruktur mikrolayihələri daxildir.

Baş nazirin müavini bildirmişdir ki, ayrılacaq vəsait əsasən qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ictimai binaların təmirinə yönəldiləcəkdir. Bu məqsədlə 90-dan artıq ictimai binada bərpa və təmir işləri həyata keçiriləcəkdir. Azərbaycan hökuməti yurd-yuvalarından didərgin düşmüş insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına böyük önəm verdiyi üçün layihədə bu məsələyə xüsusi diqqət yetirilmişdir.

Dünya Bankının nümayəndəsi S.Bağırlı demişdir ki, cari il oktyabrının 27-də təsdiq olunmuş layihə üzrə sazişin noyabrın 16-da imzalanması rekord göstəricidir. Bu da Azərbaycan rəhbərliyinin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həssaslığının təzahürü kimi qiymətləndirilməlidir.

Layihənin gəlir imkanlarının dəstəklənməsi komponenti çərçivəsində 1400-ə yaxın gənc peşə təlimi kurslarını bitirdikdən sonra öz bizneslərinə başlamaq üçün qrant əldə edəcəkdir. Eyni zamanda, 200-ə yaxın icma qrupu müvafiq təlimdən sonra kiçik biznes yaratmaq üçün maliyyə dəstəyi alacaqdır. Bundan başqa, məcburi köçkünlərin gəlirlərinin artırılması fəaliyyəti çərçivəsində biznesə başlamaq və ya mövcud biznesi inkişaf etdirmək üçün 1500-dək mikrokredit veriləcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video