05 Noyabr 2011 12:11
330
İQTİSADİYYAT
A- A+

Dünya Bankı Azərbaycandakı layihələrin portfelinin qiymətləndirilməsinin yekunu üzrə hesabat hazırlayıb

 

Dünya Bankı (DB) Azərbaycanda həyata keçirilən layihələrin portfelinin qiymətləndirilməsini aparıb, qiymətləndirmənin yekunu üzrə onların mövcud vəziyyəti ilə bağlı vahid hesabat hazırlayıb.

"Trend"in məlumatına görə, bu barədə DB-nin Bakı nümayəndəliyin rəhbəri Cozef Ouen layihə qruplarının rəhbərləri ilə görüşdə deyib. O, həmçinin bildirib ki, hesabatla bağlı DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Alam Azərbaycana gəlib.

Sonuncu dəfə layihələr portfelinin icmalı DB-də 2 il əvvəl keçirilib. Ouenin dediyinə görə, Azərbaycanın 1992-ci ildən DB-yə üzv olmasından bəri bank 43 layihənin həyata keçirilməsinə 2,9 milyard investisiya qoyub.

Bankın Azərbaycandakı mövcud portfeli ümumi dəyəri 2,3 milyard dollar olan 20 layihədən ibarətdir. Onlar nəqliyyat, su və kanalizasiya sektorunu, kənd təsərrüfatı və süni suvarma, səhiyyə və təhsil sahələrini əhatə edir.

DB-nin Azərbaycan infrastrukturundakı nəzərə çarpan əmanətlərindən birinin də yol tikintisinə qoyulan investisiyalar olduğunu deyən nümayəndəliyin rəhbəri  2001-ci ildən yol layihələri çərçivəsində 300 kilometr uzunluğunda yol təmir edildiyini və yaxın illərdə daha 300 kilometr yolun yenidən qurulmasının  planlaşdırıldığını qeyd edib.

Su təchizatının yaxşılaşdırılması sahəsində həyata keçirilən layihələrin vacibliyindən danışan C.Ouenin sözlərinə görə, bu sahədə iki layihənin reallaşdırılması 12 rayonda su təchizatının yaxşılaşmasına kömək edib, digər rayonlar üzrə isə texniki-iqtisadi əsaslandırma hazırlanıb və işlər aparılır.

Hazırda 43 rayonu əhatə edən su təchizatı və kanalizasiya xidməti sistemlərinin yaxşılaşdırılması üzrə iki layihənin həyata keçirilmə mərhələsində olduğunu nəzər çatdıran DB nümayəndəsi onu da vurğulayıb ki, süni suvarma layihələri çərçivəsində 60 min hektarda suvarma sistemi yaxşılaşdırılıb və ikinci süni suvarma layihəsi çərçivəsində daha 60 min hektarda sistemin yaxşılaşdırılması planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video