14:48 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünəndən bu günə

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:33 28.08.2021

 

Plazma ekranlar digərlərinə nisbətən daha çox enerji sərf edir. Bu ekranlarda molekulların yaydıqları işıqlarda müəyyən bir müddət sonra azalmalar meydana gəlir. Səbəbi isə molekulları işıqla  təmin edən ionlu qazın azalmasıdır.

Buna görə də plazma ekranlar təxmini 60000 saatlıq ömrə sahibdir. Gündə 4 saat işləyən bir plazma ekran təxminən 18-20 il sonra ömrünü tamamlamış olur. Ekran parlaqlığını azaldaraq və ya nümunə olaraq, gündə 2 saatlıq istifadə ilə onların ömürlərini 40 ilə qədər çıxarmaq mümkündür. Plazma ekranlar birbaşa hava təzyiqindən də asılıdır. Belə ki, yüksəklikdə olan və artan hava təzyiqi zamanı ekranın ömrü dəfələrlə azalır.

LCD maye-kristal ekranlara verilən addır. O, bu günə qədər ən çox istehsal olunan və satılan televizor ekranıdır. LCD ekranlarından uzaqlaşdıqca tərkibindəki maye-kristallara görə təsvirlər daha aydın görünür. Bu ekranlarla ehtiyatlı rəftar etmək lazımdır. Ekranı təşkil edən kristalların hər hansı bir qismi zədələndikdə o, tamamilə yararsız vəziyyətə düşə bilər.

LED ekran LED texnologiyasından istifadə edilərək hazırlanan modullar və panellərin birləşməsindən əmələ gəlir. Onların daxili və xarici növləri var. Daxili LED ekranlar daha az parlaqlığa malikdir. Buna görə də onlardan qapalı məkanlarda istifadə olunur. Gündüz işığı səbəbi ilə açıq sahələrdə, xüsusən də konsertlərdə və reklam lövhələrində yüksək parlaqlıq təmin edən xarici LED-lərdən istifadə olunur. Xarici LED ekranlar hava şəraitinə və xarici faktorlara qarşı xüsusi qoruyucu vasitələrlə hazırlanır.

3D ekranlı televizorlar sağ və sol gözlərə iki fərqli şəkil göstərərək 3D hissi verir. Bu televizor ekranlarına baxmaq üçün mütləq xüsusi eynəkdən istifadə edilməlidir. 3D televizorlarda görüntülər o qədər realdır ki, insan özünü bir anda o dünyanın içərisində hiss edir. Elə buna görə də onların əsas istifadəçiləri uşaqlardır. Bu televizorları “Panasonic”, “Sony”, “Samsung” və “LG” şirkətləri digərlərindən daha əvvəl istifadəçilərə təqdim ediblər.

Ultra HD televizorlarının digər adı “4K”dır. Son dövrdə texnologiya bazarında satılan televizorların 50 faizindən çoxu onun payına düşür. Populyarlığının səbəbi isə təsvirləri “Full HD”dən 4 qat artıq real göstərməsidir.

OLED televizorlarının ekranları çox incə, yüngül və elastikdir. Onların satışını, əsasən, “LG” firması həyata keçirir. Digərlərindən bahalı olması satış payını aşağı salır. Lakin bahalı olmasının əsaslı səbəbləri var. Belə ki, onlar az enerji sərf edir və təsvirləri maksimum aydın göstərir, habelə pikselləri daha uzunömürlüdür.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM