15:28 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dubay nəşrində “Xurşudbanu Natəvan: Azərbaycan poeziyasının incisi” sərlövhəli məqalə dərc olunub
 
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
16:19 15.09.2021

Dubayda nəşr olunan “Əl Xalec” qəzetində “Xurşudbanu Natəvan: Azərbaycan poeziyasının incisi” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalənin əvvəlində oktyabrın 1-də açılışı olacaq “Dubai-Expo 2021” beynəlxalq sərgisində Azərbaycan pavilyonundan bəhs edilib. Müəllif qeyd edib ki, bu pavilyon sərginin ən çox diqqəti cəlb edən məkanlarından biridir. Yazıda vurğulanıb ki, Azərbaycan böyük elmi potensiala, zəngin mədəniyyətə malik olan ölkədir. Yuxarı hissəsi yarpağı xatırladan Azərbaycan pavilyonu tükənməz günəş enerjisi təəssüratı yaradır.

Məqalədə Azərbaycanın coğrafi mövqeyi, paytaxt Bakı, ölkəmizin mədəni irsi, xalqımızın adət-ənənələri haqqında geniş məlumat verilib. Bu kontekstdə görkəmli Azərbaycan şairi Xurşudbanu Natəvanın həyatı və yaradıcılığından ətraflı bəhs edilib.

Müəllif diqqətə çatdırıb ki, Qarabağın hökmdarı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan hələ uşaqlıq illərində dünyəvi elmləri, ərəb və fars dillərini öyrənib, klassik poeziyanın incəliklərinə yiyələnib. O, Şuşada ədəbi məclislər təşkil edib, həmçinin xeyriyyəçiliklə məşğul olub. O dövrdə rusca nəşr olunan “Kavkaz” qəzetində bu nəcib xanımın kasıblara əl tutması, Şuşaya su çəkdirməsi barədə yazılar dərc edilmişdi. “Xan qızı Natəvan sarayı” və “Xan qızı Natəvan bulağı” qədim Şuşanın bəzəyi olub. Məşhur fransız yazıçısı Aleksandr Düma Natəvanla görüşündən sonra yazırdı ki, onun ədəbi fəaliyyəti Rusiyadan tutmuş Osmanlı imperiyasına qədər bütün ziyalılara məlum idi. Poeziya ilə yanaşı, Xurşidbanu Natəvan təsviri sənət və musiqi istedadına da malik olub.

Yazının sonunda qeyd edilib ki, adının mənası “Günəş şüası” olan Natəvanın lirik poeziyasının ana xəttini humanizm, xeyirxahlıq, dostluq və sevgi təşkil edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM